525.Az

Hilal Məmmədovun cinayət işinin istintaqı yekunlaşıb


 

Hilal Məmmədovun cinayət işinin istintaqı yekunlaşıb<b style="color:red"></b>

 Həbsdə olan “Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

 Bu barədə APA-ya vəkil Xalid Bağırov məlumat verib. X. Bağırov sabahdan etibarən vəkillərin cinayət işinin materialları ilə tanış olacağını deyib.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi kompüter və digər informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.
 
Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

 





28.11.2012    çap et  çap et