525.Az

Rusiyadan Ermənistana 5 milyon dollar


 

Rusiyadan Ermənistana 5 milyon dollar <b style="color:red"></b>

Rusiya Federasiyası hökumətinin qərarına əsasən Ermənistan Respublikasına BMT-nin İnkişaf Proqramı çərçivəsində 5 milyon ABŞ dolları vəsait ayrılıb.

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, həmin vəsait BMT İnkişaf Proqramı tərəfindən Ermənistanda 2015-2019-cu illərdə “Kənd təsərrüfatı rayonlarının inkişafının kompleks dəstəklənməsi” layihəsinin həyata keçirilməsinə yönəldiləcək.

Layihədə Ermənistanın Tavuş vilayətinin balanslaşdırılmış inkişafının təmin edilməsi, kənd təsərrüfatı fəaliyyətindən əldə olunan gəlirlərin artırılması, yoxsulluğun azaldılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Layihədən faydalanacaq insanların sayı 62 min nəfərdir.

Layihə Rusiya ilə Ermənistan arasında olan strateji əməkdaşlığının gələcəkdə də möhkəmləndirilməsinə xidmət edəcək.

 





04.02.2015    çap et  çap et