525.Az

Xaos və Harmoniya. Postmodernizm və təsəvvüf


 

Xaos və Harmoniya. Postmodernizm və təsəvvüf<b style="color:red"></b>

Postmodernizm təsəvvüfbir birinə çox uzaq, müəyyən meyarlara görə hətta əks qütblərində dayanan bu iki təfəkkür sistemi arasında hansı qarşılıqlı əlaqələr ola bilər bu əlaqələr müəyyən norma, prinsip qanunauyğunluqlara əsaslanan elmi nəticələrə çatmaq baxımından dərəcədə sabit ümumi səciyyə daşıya bilər. Mövzunun məhz bu şəkildə ilk baxışdan bir-birinə çox uzaq görünən iki təfəkkür (bizim istiqamətimizlə bağlı olaraq iki ədəbi təfəkkür) fenomeninin müqayisəli-qarşılaşdırma prinsipinə uyğun olaraq öyrənilməsi cəhdi, onların fərqli oxşar cəhətləri, qarşılıqlı əlaqə təsirlərinin üzə çıxarılması ilə bərabər bu gün olduqca aktual, ciddi səciyyə daşıyan, lakin hələ bir çox parametrləri sona qədər müəyyənləşməyən yeni postqeyri-klassik təfəkkür metodlarının humanitar tədqiqatlarda istifadə olunması cəhdini ifadə edir.

Ədəbiyyatşünaslıq, eləcə sənətşünaslıq tədqiqatları, dəqiq elmlərdən fərqli olaraq, tədqiq etdiyi predmetinbədii ədəbiyyatın, sənətin xüsusiyyətinə müvafiq müəyyən dərəcədə emosional olma imtiyazına malikdir. Ona görə bu tədqiqatlar daha geniş sahələrə, ucqar nöqtələrə, daha dərin qatlara nüfuz edə bilir. Bu emosional giriş axtarışlar isə nəticə etibarilə həm humanitar təfəkkür, həm möhkəm məntiqi çərçivəyə malik olan dəqiq elmlərə son dərəcə qiymətli materiallar verir. Elm tarixi nəinki belə faktlarla zəngindir, hətta məsələyə dialektik nəzərlə baxsaq, ədəbiyyat sənətin, eləcə humanitar elmlərin dəqiq təbiətşünaslıq elmləri ilə birgə eyni bir idrak prosesinin bir-birini doğurduğu müəyyən baxımdan əkslik təşkil etsə biri digərini tamamlayan iki tərəfi kimi görmək olar. Dəqiq elmlər öncə təbiətin dərki üçün, sonralar isə birbaşa təbiətə qarşı idrakın ağır zirehli qoşunu, humanitar bilgilər isə onun yüngül geyimli süvariləri, dərinliklərə nüfuz edə bilən, çevik, itigözlü kəşfiyyatçıları olmuşdur.

 Toxunduğumuz mövzunun olduqca geniş ümumi olduğunu çox yayğın bir zaman coğrafiyanı əhatə etdiyini nəzərə alaraq  qeyd etmək istərdik ki, biz bu kiçik məqalə çərçivəsində postmodernizmin təsəvvüfün bir çox yönü ilə bilinən, minlərlə kitab məqalədə yazılan, şərh olunan tarixi, fəlsəfi perspektivlərini, bu təlimlərin qneseoloji, ontoloji əsaslarını, etik, estetik baxışlarını ələ almağa deyil, insanlığın bu iki mühüm, həm bu gün üçün olduqca aktual olan dünyagörüşün istiqamətlərinin, idraki təcrübəsinin müqayisə oluna əlaqələndirilə biləcək xüsusiyyətlərini, fikrimizcə, ilk dəfə olaraq, ən ümumi cizgiləri ilə su üzərinə çıxarmağa çalışırıq. Postmodernizm sinkretizmə qayıdışkimi, daha yüksək dünyagörüşü səviyyəsində varlığın dərin problem proseslərinin tədqiqatına cəhddən məhrum, sadəliyə aydınlığa, yaşanmış mədəni dövrlərin qarışdırılmasına can atan təlim kimi qiymətləndirilir. Postmodernizmə görə, dünyanın səthi, eyni zamanda sintetik inikası insan şüurunun mahiyyəti təşkil edir. Ona görə bu təlim iddia edir ki, “dünyanı başa düşmək yox, qəbul etmək lazımdır”.

Təsəvvüf isə insanlıq tarixində ən dərin, hətta bu dərinliyə çatmaq üçün bütün bədən ruh qüvvələrini səfərbər edən, gerçəkliyin ən təmiz inikasını almaq üçün nəfsi, əxlaqı saflaşdıraraq ən çətin daxili mübarizə mərhələlərini keçən, həqiqət, məna axtarıcısı olan bir təlimdir. Postmodernizm varlığın insan idrakının səthini, təsəvüf isə ən dərin qatlarını əks etdirməyə cəhd edir. Bunlar insanda birləşdiyinə görə bu gün idrakın varlığın səthində qalan postmodernist dərinliklərdə həqiqət məna axtarışından yorulmuş sufi, dərinliklərdə qəvvas kimi məna incisi tapan sufi isə səthin mənasızlığı, qarışıqlığı faniliyindən qaçan postmodernist deyilmi? Ümumiyyətlə, insanın tarixi təcrübəsinin məcmusu bu dərinliklə səth arasında yığılanlar deyilmi? Niyə onda bu sərhədlərin, son hədlərin bir-birinə münasibəti öyrənilməsin?

Zaman etibarilə günümüzün, müasirliyin hadisəsi olan postmodernizmə hibridləşmə, “keçmişin bu gün içərisində genişlənməsixasdır. Bu onun mədəniyyətlərin sübhündə (Azərbaycan postmodernizminin yaradıcılarından biri Kamal Abdullanın ibarəsi ilə desəkdansökülənində”) yaranan idrakın irrasional formalarına  mifə müraciətində ifadə olunur.

K.Yaspersin qeyd etdiyi kimi, “keçmişə müraciət bizi insan varlığının sirlərinə yaxınlaşdırır”. Busirrə yaxınlaşmaistəyi postmodernizmin əsas düşüncə metodlarından biri olan dekonstruksiya ilə özünəqədərki bütün məntiqi mərkəzli təlimlərin təftişinə, beləliklə , bəşəriyyətin  bu günə qədər əsas ünsiyyət ifadə vasitəsi olan dilin vərdiş olunmuş anlamda istifadəsinin istisnasına gətirib çıxarır. Dilin yerini tutansimulyakrın irrasionallığı postmodernizmi Şərq fəlsəfəsi ilə, fikrimizcə, xüsusilə təsəvvüflə daha yaxınlaşdırır. Çatdığı məna dərinliklərinin dil ilə ifadə oluna bilməməsi, nəticədəbu quş dilidir, bunu Süleyman bilir ancaq” (Nəsimi) kimi yalnız təsəvvüf əhlinin idrak edə bildiyi anlayış obrazlar sisteminin yaranması ilə günümüz postmodernizminin dilə münasibətində bir eyniyyət gizlənir. Yaxud bir çox sufinin Quranı özünəməxsus şərhi, ondakı gizli mənaların üzə çıxarılması cəhdi, buna görə dinsiz, kafir adlandırılmaları, hətta həyatlarının əllərindən alınmaları bu şərhlərin müasir postmodernist dekonstruksiyanın daha əvvəlki, fərqli tarixi təcrübəsi deyilmi?

Əslində postmodernizm bir tərəfdən elmi-texniki düşüncənin yekunlarını, o biri tərəfdən mistik-ezoterik bilgiləri qəbul edib onunla müqayisədə, onu qəbul inkarda, bir sözlə, ona münasibətdə formalaşmışdır. Bu da təbiidir XX əsrin II yarısındakı dünyanın mexaniki təsəvvürünü rədd edən postqeyri-klassik elm ssientist antissientist mübahisələr zəminində mistik ezoterik bilgilərin elm statusu çərçivəsində tanınmasına, ya da ayrıca bir idrak vasitəsi kimi tanınmasına cəhd göstərmişdir.

Zatən hər bir yazıçının, filosofun  bir mistik olması, düşüncə həyatının real həyatdan məhz mistisizm ilə fərqlənməsinə dair bariz misallar, dəyərli fikirlər mövcuddur. Lakin fikrimizcə, postmodernizm düşüncə tərzi ilə təsəvvüf düşüncə tərzi arasındakı müqayisələr ən ümumi, hər şeyin hər şeylə  əlaqədə olması çərçivəsində deyil, gerçəkliyi qəbul, ona baxışı problemin qoyuluşu ifadə vasitələrinin müqayisə olunması, qarşılaşdıra bilinməsi baxımından bu müqayisə qarşılaşdırmanın fikir hüdudlarımızı genişləndirməsi, eləcə , bu qarşılaşdırılan fikirlərin kimyasından yeni xassəli, müəyyən istiqamətə götürə biləcək fikirlərin yaranmasını ümid edirik. Beləliklə, bu mövzu üzərində işləyərkən hər iki düşüncə sisteminin əsaslandığı metodlardan istifadə edə bilərik. Postmodernizmin əsaslandığı elmi metodlardan başlıcası sinergetikadır. Əslində təsəvvüf, sinergetika postmodrnizmin təfəkkür tarix səhnəsinə çıxması eyni zərurətdən  insan idrakının tıxanması, öz gücsüzlüyünü, mövcud düşüncə sistemində yeni yollar axtarışının əhəmiyyətsizliyini hiss etməsindən doğmuşdur. Postmodernist Umberto Eko əmin idi ki, “postmodernizm təsbit olunmuş xronoloji hadisə deyil, hansısa bir mənəvi durumdurhər bir dövrün öz xüsusi postmodernizmi var”. Müxtəlif tədqiqatçı ədəbiyyatşünaslar isə bu fikri davam etdirərək xristianlığın müqəddəs kitabı İncildən postmodernist dünyagörüşlərinə bəzi nümunə göstərirlər: “ mən dönüb bütün işlərimə baxdım ... Budur hər şey fani ruhun əzabıdır. “Günəşin altında onların heç bir faydası yoxdur” ( Ekkl.,2.11).

Müqəddəs kitabımız Quranda, hədislərdə bənzər misalları dönə-dönə çəkmək olar. Tədqiqatçıların rəyinə görə, “postmodernizmtermini bizim varlığımızın əsas nəzərdə tutulan mexanizmlərini, həm yalnız bugün üçün deyil, həmişəlikmarkalaşdırmaqüçün yaradılmışdır, lakin əvvəllər bu hadisə öz lokallığı ilə seçilirdi. Indi isə postmodernizm ilk dəfə öz qloballığı ilə fərqlənir. Ona görə ki, bütün bütlər yerlə bir olmuş, inam ruhun məsumiyyəti kimi, təbiətin ekoloji kimi kirlənmiş, dinlər siyasiləşmiş, iqtisadiləşmiş, humanizm çökmüş, elm ... dirənib qalmış, fəlsəfə Allahı öldürmüş ... “axı dünyanın postmodernist durumu hər şeydən əvvəl ağrıdıcı bir itkinin, hətta kainatın mənəvitənəzzülünün nəticəsidir”. XX əsrin böyük fəlakətlərinin doğurduğu Qiyamət əhvali-ruhiyyəsi bəşəriyyətin üzərinə qara bulud kimi çökmüşdür. Bu mənəvi tənəzzül, ruh düşkünlüyünühətta Qiyamətdən xəbər verən peyğəmbərlərin yuxusuna belə girə bilməyən barışmaz bir böhranyaratmışdır bu böhran mədəniyyətinin ana xətti hazırkı postmodernizmdir. Təsəvvüf son dərəcə fərdi bir xüsusiyyət kəsb etsə , onun böyük şəxsiyyətləri, xüsusilə bədii sənət nümayəndələri tarixin ağrılarından doğmuşlar. “Xəzinə viranələrdə olur”- deyimi tarixin böhranlı çağlarının, böhran mədəniyyətlərinin insan təfəkkürü tarixin inkişaf edə biləcəyi yeni fikir istiqamətlərinin yarandığına işarətdir. Təsəvvüf əhlininQütbdeyə adlandırdığı kainatın mənəvi yükünün daşıyıcıları hər yüz ildə bir böyük tarixi fəlakətlərin, maddi dağıntıların, tənəzzüllərin baş verdiyi zamanda dünyaya gəlir mənəviyyatları yenidən dirildirlər. Məsələn, islam dünyasının böyük sufi alimi Əbu Hamid Qəzalini məhz islamın beşinci  əsrininQütbü, böyük mücahidi adlandırırlar. Onun ən mühüm əsəri eləƏhyayi-ülumi-din” –“Din elmlərinin dirildilməsiadlanır. Allah kəlamı QurandaMən dirilərdən ölüləri, ölülərdən diriləri çıxardıramayəsi tarix boyu təsəvvüf elminin, postmodernizmin bugün elmlərin yeni sığınacaq metodu sayılan sinergetikanın mahiyyətini ehtiva etmirmi? Əlbəttə biz tamamilə spekulyativ düşüncələrdən uzaq durmağa çalışmalıyıq.  Ancaq hər bir yeninin unudulmuş yaxşı köhnə olduğunu, hər bir köhnənin çox yeniliklərin yarana biləcəyinə vasitə olduğu qənaitini unutmuruq. Eyni zamanda bu da aydındır ki, hər bir fikir istiqaməti, bədii elmi metod cərayan zahirən qədər oxşar cəhətlərə malik olsa da, müəyyən tarixi şəraitin yetirməsi olduğunu, inkişafın müəyyən mərhələsini təşkil etdiyinə görə mahiyyətinə, elmi dəyərinə, tətbiq sahələrinə, ümumiyyətlə gerçəkliyə münasibətdə oynadığı roluna görə tamamilə fərqli olur. Böyük əsərlər, elmi kəşflər, fikir cərəyanları qədər əbədi həqiqətləri özlərində daşısalar da özlərindən sonra açılan reallığın yeni qatlarını ifadə etməyə bilərlər. Elmin inkişafında bunu bariz şəkildə izləmək olar. Zamanəmizin əsas qəhrəmanı olan Xaos onun yaratdığı Sinergetika Postmodernizm elmin inkişafındakı növbəti böyük dirənişin nəticəsidir.

Vaxtilə Qalileyin dilindənİlahinin kitabıriyaziyyat dili ilə yazılmışdırcümləsini eşidən, bütün sahələrdə tədqiqat işlərini elmləşdirmək-“İlahinin dilişəklinə salmaq naminə modelləşdirmə funksiyasını üzərinə götürən riyaziyyat  çiyinlərindəki bu yükün altında yorulub, güclə nəfəs alır. Bəlkə bu qədər sonsuz, möhtəşəm ilahi bir yazının yeganə daşıyıcısı olmaq kimi çox ağır bir işin altına girdiyini, bəlkə tanrının kitabının sadəcə ibtidai şərhi olduğunu başa düşüb, daşıdığı bu ağır çoxluğu bir müddət harasa qoyub yarandığı o tək, vahid, bir rəqəminə söykənib dərin nəfəs almaq istəmir. Amma hələ özünü dözümlü göstərərək bu böyük şərəfi bölüşdürmək istəmir.

HəndəsəEvkliddən bu tərəfə yalnız görünən dünyanın müxtəlif yönlərini ölçən bu elmLobaçevskidən sonra fəzanı, sonra bütün sonsuzluğu olçmək həvəsinə düşdü.... yenidən yaradılışın əsasını təşkil edən Platonun ideal obyektləri ilə bağlandı.

Fizika dünyanın mexaniki mənzərəsini, qanunlarını öyrənməkdənqılı min bölərəkelementar obyektlərin təşkil edən mikrohissəciklərin strukturlarının qarşılıqlı əlaqə təsirlərini öyrənməy keçdi, bu hissəcikləri bilyar şarı nümunəsində göstərməklə substansiyanın maddiliyini sübut etməyə çalışdı. Ancaq gəlib boşluğa, heçliyə-fiziki vakuuma, kvant sahəsinə dirəndi. Həm məlum etdi ki, bu mikrohissəciklər proseslərdir. Sahənin intensivliyi harada daha çox qatılaşırsa bu hissəciklər, yəni proseslər özlərinəməxsus enerji qovşaqlarına çevrilərək kvant sahəsinin hissəsi olurlar. Gerçəkliyin əsasında hansısa çox kiçik maddi hissəciklər deyil, məhz heçlik, boşluq, kvant sahəsi durur. Fizika bu sonsuz boşluqda tükəndiyini hiss edir.

Kimya yeni maddələr yaratdı. Lakin təbiətin bəxş etdiyi maddələr əsasında təbiətin izn verdiyi ölçü kəmiyyət çərçivəsində...

İnsan ağlı təbiətə, dünyaya müdaxilə edir, onu dəyişdirir, ondan öz praktik tələbatları üçün gərəkli, gərəksiz maddi nemətlər hasil edir, zaman məkanı nisbətən daha tez sürətlə dəf edir, müasir nəqliyyat informasiya texnologiyalarının vasitəsi ilə Günəş sisteminin bir planetiniYer kürəsini qlobal bir kəndə çevirir.

Təbiət isə daha çox fəth, daha amansız istismar olunduqca, daha güclü, daha sərt müqavimət göstərir. İdrak bu müqavimət qarşısında sarsıntı hiss edir, onun yolları daralır, o, tıxanmaq üzrədir. Bu tıxac idrakın son yüzillik görünməmiş sürətli, möhtəşəm təntənəli gedişinin qarşısını kəsir, idrak durmaq, düşünmək məcburiyyətindədir. İdrak onun əzəli düşməni, qədər paradoksal olsa da, həm onun inkişaf səbəbi, inkişaf şərti olan Xaosla mübarizə üçün, yeni həmlələr üçün səfərbər olmalıdır...

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim.

Bəxti mənhusimə bax,

mən bu təmənnadə ikən

Başladı şişməyə indi üzü qarə ciyərim.

XX əsrin əvvəllərində böyük şairimiz M.Ə.Sabirin öz fərdi taleyi ilə bağlı obrazlı şəkildə dediyi bu sözləri XX əsrin sonlarında kəlmənin tam anlamı ilə insanın elmdən gözləntilərinə şamil etmək olar. Elmcini şüşədən buraxdı”, lakin bir qədər sonracinazadlığın dadını görüb daha elmin sözünə baxmaq istəmədi. Əsrin sonlarında  bəşəriyyət məhz həm elmin inkişafı ilə bağlı bir çox yaşam problemləri ilə üzləşdi. Artıqcini şüşəyə qaytarmaq olmur, elmdəhəlledilməz problemləryaranmışdır.

Əvvəllər elmdə yalnız iki sinif obyekt olduğu düşünülürdü. Biri onların davranışları haqqında istənilən zamanda proqnoz vermək mümkün olan səbəbiyyət əlaqəli obyektlər, ikincisi isə ehtimal nəzəriyyəsinin tədbiq olunduğu stoxastik obyektlər. Birincidə nəticə səbəblə əlaqədar meydana çıxır proqnozlaşdırılır. İkincidə isə yalnız ehtimal olunur. Buna tipik misal dəmir qəpiyin hansı üzünün düşməsi, zərin verməsi s.dir. Bu zaman nəticə heç bir vəhlə səbəblə bağlı olmur, yalnız ehtimal olunur.

Keçən əsrin sonlarında aydın oldu ki, daha bir mühüm obyektlər sinfi mövcuddur. Onlar formal olaraq səbəbiyyət əlaqəlidirlər- yəni onların cari vəziyyətini dəqiq bilərək sistemdə qədər istəyirsən uzaq gələcəkdə baş verəcəyini müəyyənləşdirmək mümkündür. Bununla yanaşı onun hərəkətini yalnız məhdud zaman ərzində öncədən demək olar. Sistemin başlanğıc vəziyyətinin müəyyənləşməsində belə istənilən qədər az qeyri-dəqiqlik zamanla artır müəyyən vaxtdan sonra hər hansı bir şeyi öncədən demək imkanı itir. Bu zaman sistem özünü xaotik aparır. Burada yenidən yalnız statistik təsvirdən danışmaq lazım gəlir. Belə sistemlər hidrodinamika, lazer fizikası, kimyəvi kinetika, astrofizika plazma fizikası, geofizika ekologiyada aşkar edilmişdir. Göründüyü kimi elmin əsas xüsusiyyətlərindən biri olan proqnozlaşdırmanın, öncədən görmənin çalışmadığı çox nəhəng bir sahə yaranmışdır.

Elm, prinsip etibarilə, böyük kəmiyyətdə, hətta kifayət qədər sadə mexaniki, fiziki, kimyəvi ekoloji sistemlərə, eləcə sosial mədəni səviyyədə, “uzunmüddətli proqnozverə bilmir. Proqnoz probleminin özündə prinsipial məhdudiyyətlər dərk olunmağa başladı. Bir çox mühüm hallarda öncədən heç demək olmur bu məchulluq pərdəsinin arxasına boylanmaq da olmur. Kiçik zaman müddətində dərk edilən böyük zaman məsafəsində öncədən görülməyən bu davranış tipləri həm humanitar elmlərin öyrəndiyi bir çox obyektə xasdır.

Bir çox sistemin, təəccüblü səslənsə , xaotik normada ya ona yaxın rejimdə işdədiyi anlaşıldı. Eyni zamanda aydın oldu ki, Xaosdan Qaydaya keçidin yalnız bir neçe universal yolu var. Ən müxtəlif hadisələri öyrənmək, müxtəlif səviyyələri yazmaq olar, lakin yenə eyni ssenarinin üzərinə gəlib çıxılır. Kiçik səbəblər böyük faciəvi nəticələrə gətirib çıxara bilər. “Min dağı bir dırnaq ilə qoparan, kiçik bir damla göz yaşında dünyaları sarsıdacaq fırtınaları qoparan, çəkdiyi bi ahla fələkləri yandıran, iki cahanı özünə sığdıran, özü isə bu cahana sığmayan, zərrə mənəm, günəş mənəm” – deyən yüzlərlə, minlərlə bu qəbildən obrazlar yaradan sufi şairin obrazlar sisteminə artıq klassik ədəbiyyatşunaslığın hərfi mənadan başqa heç bir şey ifadə etməyən məcaz, litota, mübaliğə s. kimi terminlərlə yanaşmaq zəmanəsinin klassik elminin mexaniki təsəvvürləri çərçivəsində Füzuliyə qiymət verən Mirzə Fətəli Axundov bu dar perspektivdən onun dahiliyini görə bilməzdi. bilmək olar, bəlkə bu gün mikrosonsuzluğu öyrənən post-qeyri klassik elmin durduğu, dirəndiyi bu mərhələdə təsəvvüf poeziyasının içindəki hələ açılmamış sirlər onun elmi nəzəri əsasları, metodları elmin düşdüyü bu xaosdan harmoniyaya apara biləcək bir inkişaf istiqamətibufurkasiya nöqtəsi ola bilər.

Elmdə hər bir predmet tədqiqinin, hər hansı bir mövzu qoyuluşunun özyetişmədövrü, aktuallaşma mərhələsi vardır. Azərbaycan ədəbiyyatşünaslığında Xaos Harmoniya mövzusunuyetişdirən”, bu mövzunun, adını çəkməsə , fikrimizcə, təsəvvüfdə əlaqələndirən, Azərbaycan ədəbiyyatşünaslığında sinergetik metodun tətbiqinə yol açan tədqiqatçılardan ilki Kamal Abdulla olmuşdur. “Mifdən yazıya yaxudGizli Dədə QorqudəsərindəXaos-kosmos qarşılaşdırılmasıbölümündə məsələnin mifik-fəlsəfi yönlərini işıqlandıran müəllif gələcək tədqiqatlara yol açacaq aşağıdakı müşahidələrini qeyd edir: “Amorf, bir-birinin içində gizlənmiş kainat cisimlərinin fərqləndirilib seçilməsi, bir-birindən ayrılması vaxtilə el sənətkarı Aşıq Ələsgəri düşündürmüşdür. Bağlamalarının birində o belə yazırdı:

Yerin, göyün, ərşin, gürşün binası

Əsl bünövrəsi ay nədən oldu?

Yeri göydən, göyü yerdən kim seçdi?

Hikmətin binası ay nədən oldu?

Kosmik anlayışlara işarə edən bu düşüncə tərzi xalq sənətkarının bədii genlərinə həm uzaq həm yaxın sirriçində Dastanın sinir xətlərindən gələn energiyadan başqa heç nədən gəlməzdi” (K.AbdullaMifdən yazıya yaxud Gizli Dədə Qorqud, Bakı-2009, səh. 36.)

Bizim fikirimizcəsirriçində Dastanın sinir xətlərindən gələn energiyaməhz Azərbaycan ədəbiyyatının canına hopmuş ezoterik bilgi-təsəvvüfdür. Müasir ədəbiyyatımızın daha bir dəyərli nümayəndəsi İsa Hüseynov (Muğanna) da bu özününƏdəbiyyət  romanında bu energiyanısaf elm”, “ işıqadlandırırdı. Amma eyni zamanda qeyd etmək lazımdır ki, Kamal Abdulla buenergiya müasir elmi məntiq çərçivəsində ələ almış, Muğanna isə bu işığı”, “saf elmi öz bədii təxəyyülünün axarında elmi məntiq çərçivələrindən uzaqlara aparmışdır. 

(Ardı var)

 





28.11.2012    çap et  çap et