525.Az

Olland və Merkel Moskvaya səfər edəcəklər


 

Olland və Merkel Moskvaya səfər edəcəklər<b style="color:red"></b>

Fransa prezidenti və Almaniya kansleri sabah Moskvaya səfər edəcəklər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.
 
F. Olland bildirib ki, səfərin məqsədi Rusiya rəhbərliyi ilə Ukraynadakı vəziyyəti müzakirə etməkdir.
 
Ukrayna mətbuatı yazır ki, bu gün Fransa prezidenti Almaniya kansleri ilə Kiyevə səfər edəcəklər. Mühnendə Ukrayna, Rusiya, Fransa, ABŞ və Almaniya xarici işlər nazirlərinin görüşünün təşkil ediləcəyi gözlənilir.

 





05.02.2015    çap et  çap et