525.Az

Qlobal istiləşmə ilə bağlı həyəcan təbili


 

Qlobal istiləşmə ilə bağlı həyəcan təbili<b style="color:red"></b>

BMT-nin iqlim dəyişikliyi ilə bağkı konransında Arktikadakı buzların əriməsinin yeni rekord göstəriciyə çatdığı açıqlanıb.

Qətərin paytaxtı Dohada 190 ölkədən olan ali nümayəndələr Kyoto protokolunun aqibətini müzakirə etdiyi bir vaxtda Ümumdünya Meteoroloji təşkilatının başçısı Mişel Jarro həyəcan təbili çalıb.

Jarro hesab edir ki, Arktika buzlarının sürətlə əriməsi Yer planetinin okeanları və biosferdə baş verən dəyişikliklərlə əlaqədardır. O bu tendensiyanı havada istixana qazların artması ilə izah edir.

“Bu tendensiya getdikcə daha təhkükəli olur. Buna əyani sübut olaraq, qlobal istiləşmə hesabına arktik buzlaqlaırın əriməsini misal göstərmək olar”, - deyə Ümumdünya Meteoroloji təşkilatının başçısı Mişel Jarro bildirib.

Statistikalar göstərir ki, cari onillikdə, son əsrlərin ən isti havası qeydə alınıb. Həmin vaxt kəsiyində torpaq səthinin qlobal temperaturu 1961-1990-cı illərdə qeydə alınmış orta temperaturdan 0.45 dərəcə artıq olub.2012-ci il isə orta temperatura görə ən isti illərin onluğuna düşüb.

İqlim dəyişiklikləri sadalanarkən, qasırğa və tufanların gücünün artdığı bildirilir. Atlantik okeanda qasırğa mövsümü ard-arda 2-ci ildir ki, aktiv şəkildə keçir. 2 il ərzində adı çəkilən Atlantik okean sularında 19 güclü fırtına baş verib ki, onlardan 10-u sonradan qasırğaya çevrilib.

Qətərdə keçirilən beynəlxalq Konfransda, alimlər qeyd edib ki, Yer kürəsi səthinin ortaillik temperaturu, tam şəkildə BMT proqnozlarına uyğun gəlir və atmosferdə karbon qazının artması ilə əlaqədar, istiləşmə effekti 3-dəfə güclənib. Alimlərin bu göstəricilərin heç də şişirdilmiş rəqəmlərdən ibarət olmadığına inandırmağa çalışır. Atmosferi ən çox çirkləndirən istixana qazları aviasiya və sənaye tərəfindən havaya buraxılır.

anspress

 





29.11.2012    çap et  çap et