525.Az

"Ali məktəblərdə elm tənəzzülə doğru addımlayır”


 

"Ali məktəblərdə elm tənəzzülə doğru addımlayır”<b style="color:red"></b>

“Kosmik tədqiqatlar, yerin peyk vasitəsi ilə zondlanması Azərbaycan Milli Elmlər Akademiyası üçün çox vacibdir. Sovet dövründə Azərbaycanda fəaliyyət göstərmiş Kosmik İnstitutun taleyi mənə məlum deyil, bu institut Müdafiə Sənayesi Nazirliyinin nəzdindədir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qaldırılan təkliflərə münasibət bildirən AMEA prezidenti Akif Əlizadə deyib.
 
A. Əlizadə bidlirib ki, köhnə Kosmik İnstitutun Müdafiə Sənayesinin nəzdindən AMEA-ya qaytarılması barədə deyil, AMEA-da belə bir institutun yaradılması barədə düşünməkdədir: “Çünki o institutda işləyən insanlar artıq müxtəlif sahələr üzrə ixtisaslaşıb. Biz AMEA-da belə bir institutun yaratmağı nəzərdə tuturuq”.
 
A. Əlizadə son 2 ildir dövlət büdcəsindən ali məktəblərə elmi tədqiqatlar üçün pul ayrılmamasından narahatlığını da ifadə edib: “Ali məktəblərdə elm tənəzzülə doğru addımlayır, mən lazımi səviyyədə bu məsələni qaldıracam”.
 
AMEA prezidenti Fiziologiya İnstitutunun binasının tamamilə dağılmaq durumunda olduğunu da vurğulayıb: “Fiziologiya İnstitutu faktiki fəaliyyət göstərə bilmir, bu institutunun vəziyyəti olduqca acınacaqlıdır. Ümumiyyətlə, Rəyasət Heyətinin, mənim çiynimdə çoxlu problemlər var, imkan olanda, bu sahədəki problemləri nəzərə çatdırıram”.
 
A. Əlizadə deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya artıq qəbula başlasa da, AMEA-nın institutlarının hansına magistratura üzrə qəbul aparılacağı məlum deyil.

 





06.02.2015    çap et  çap et