525.Az

I sinfə qəbul prosesi elektron sistemlə aparılacaq


 

I sinfə qəbul prosesi elektron sistemlə aparılacaq<b style="color:red"></b>

Bu il Bakıdakı ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesi elektron sistem vasitəsilə aparılacaq.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, hazırda sistem üzərində son tamamlama işləri aparılır.
 
BŞTİ sistemin təkmilləşməsi üçün I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.

Fevralın 5-də Bakıda yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.

 





06.02.2015    çap et  çap et