525.Az

Erməni lobbisinin dəstəklədiyi konqresmen komitə sədri oldu


 

Erməni lobbisinin dəstəklədiyi konqresmen komitə sədri oldu<b style="color:red"></b>

ABŞ Nümayəndələr Palatasının Xaric Əlaqələr Komitəsinin sədri vəzifəsinə Türkiyə əleyhdarı konqresmen, Konqresin Ermənistanla dostluq qrupunun həmsədri Ed Roys seçilib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyası Nümayəndələr Palatasında çoxluqda olduğu üçün komitə sədrlərini seçmək səlahiyyətinə sahibdir. Partiya rəhbərliyi nizamnaməyə uyğun olaraq 3 müddətdir komitəyə sədrlik etdiyi üçün bu vəzifədən getməli olan və ümumilikdə Türkiyənin leyinə mövqe nümayiş etdirən İleana Ros Laytinenin yerine erməni lobbisinin dəstəklədiyi kaliforniyalı konqresmen Ed Roysu gətirmək qərarına gəlib.

İrana qarşı sanksiyalara ciddi dəstək verən və ABŞ-İsrail əlaqələrinin daha da dərinləşdirilməsi tərəfdarı olan Roys komitə sədri olaraq etdiyi ilk çıxışında da ABŞ və müttəfiqlərinə qarşı böyük təhlükənin Tehran olduğunu vurğulayıb.

Roysun seçilməsi ABŞ-dakı erməni lobbisi tərəfindən sevinclə qarşılanıb. Roys keçən ilin dekabr ayında Türkiyəyə qarşı olan "Kilsələrin geri qaytarılması" adlı qətnamə layihəsini təklif edənlərdən biriydi. Sözügedən layihə yalnız iki konqresmenin - Roys və Hovard Bermanın səsiylə qəbul edilmişdi. Roys layihə müzakirə edilərkən Türkiyəni dini azadlıqları pozmaqda ittiham etmiş, sərt tənqidlər səsləndirmişdi.

Bundan əlavə, Roys keçən ilin noyabr ayında ABŞ-ın Türkiyəyə hərbi təchizat satışına mane olmaq üçün Konqresə göndərilən müraciətin də müəlliflərindən biriydi. Yeni sədr eyni zamanda keçən il 24 apreldən əvvəl prezident Barak Obamaya məktub göndərərək saxta "soyqırım"ın tanınmasını tələb edən konqresmenlər arasında da vardı.

 





29.11.2012    çap et  çap et