525.Az

Ərdoğan ailəsinin təhdid olunduğunu bəyan etdi


 

Ərdoğan ailəsinin təhdid olunduğunu bəyan etdi <b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan tədbirdə iştirakı zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib. 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,Ərdoğan yenidən ABŞ-da yaşayan rəqibi Fətulla Gülən barədə danışıb. Türkiyə lideri xatırladıb ki, məlum qruplaşmanın (Gülən camaatını nəzərdə tutur-red) hüquq-mühafizə orqanlarındakı əməkdaşları Milli İstihbarat Təşkilatının Suriyaya humanitar yarım aparan karvanına basqın edib.

“Məqsədləri Türkiyəni terroristlərlə birgə hərəkət edən ölkə kimi göstərməkdi”,-deyən Ərdoğan ailəsinə qarşı təhdid olduğunu da bildirib:

“...Onlar artıq mənə və ailəmə qarşı təhdidə başladılar. Bu, son günlərdə baş verənlərdir. Onlar elə zənn edirlər ki, bu təhdidlərlə özlərini nizama salacaqlar.Burasadan onlara səslənirəm və deyirəm ki, Rəbbimin bizə vermiş olduğu bu canı ondan başqa kimsə ala bilməz və kimsənin buna gücü yetməz”.

 





07.02.2015    çap et  çap et