525.Az

Baş Prokurorluq Rafiq Tağının öülümünün istintaqı ilə bağlı yeni məlumat yayıb


 

Baş Prokurorluq Rafiq Tağının öülümünün istintaqı ilə bağlı yeni məlumat yayıb<b style="color:red"></b>

Baş Prokurorluq Rafiq Tağının qətliylə bağlı yeni məlumat yayıb.

Prokuroluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Rafiq Tağıyevin qətlinin üstünün açılmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, həmçinin iş üzrə istintaqın dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

Həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyindən tərəfimizdən təkzib olunur.

  Belə ki, cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilib, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınıb. Bununla yanaşı Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, həmçinin  müalicəsi ilə məşğul olmuş  tibb işçiləri də dindiriliblər.

     Hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılıb, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməmişdir ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olub.

     Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki,  R.Tağıyevin ölümünün səbəbi onun bədəninə bıçaqla yetirilən xəsarətlər olub.

     Göstərilənlərlə yanaşı R.Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi E.Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib.

     Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

 





29.11.2012    çap et  çap et