525.Az

Rusiya hərbçilərinin Ukraynada döyüşdüyünü təsdiqləyən dəlillər dünya liderlərinə təqdim edilib


 

 Rusiya hərbçilərinin Ukraynada döyüşdüyünü təsdiqləyən dəlillər dünya liderlərinə təqdim edilib<b style="color:red"></b>

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya hərbçilərinin Donbasdakı münaqişədə iştirakını təsdiqləyən dəlilləri dünya liderlərinə təqdim edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya hərbçilərinin pasport və hərbi biletlərini forum iştirakçılarına nümayiş etdirib. 
 
“Mən Ukraynaya gələn Rusiya əsgərlərinin, zabitlərinin pasport və hərbi biletlərini özümlə gətirmişəm. Düşünürəm ki, bu Rusiyanın təcavüzkarlığının və Rusiya qoşunlarının Ukraynada iştirakının ən tutarlı sübutudur” deyə Poroşenko qeyd edib.
 
 Ukraynanın baş naziri Arseni Yatsenyuk, öz növbəsində, həmçinin ölkə ərazisində Rusiyanın nizami qoşunlarının olduğunu bəyan edib.

 





09.02.2015    çap et  çap et