525.Az

Fələstin üçün tarixi gün


 

Fələstin üçün tarixi gün<b style="color:red"></b>

Bu gün BMT-də Fələstinin müşahidəçi statuslu üzvlüklə bağlı müraciəti səsə qoyulacaq.

132 ölkənin Fələstin dövlətini tanıdığı nəzərə alınarsa, səsvermədə müşahidəçi statuslu üzvlük tələbinin qəbul olunacağını söyləmək mümkündür.

Bu status Fələstinin artıq BMT-də bir dövlət kimi qəbul edilməsi demək olacaq.

Fələstinə dəstək vermək üçün Nyu-Yorka gedən xarici işlər naziri Əhməd Davduoğlu səsvermədən əvvəl Mahmud Abbasla görüşüb. Davudoğlu ən qısa zamanda Fələstinin tam dövlət statusu ilə BMT-yə qəbul olunacağına, Fələstin bayrağının BMT-də dalğalanacağına ümid etdiyini bildirib. Fələstinin xarici işlər naziri Maliki görüşdən sonra mətbuata verdiyi açıqlamada Əhməd Davudoğluna təşəkkür edib. Səsvermədən sonra embarqoların ləğvi istiqamətində addımlar atacaqlarını bildirən Maliki "Hörmətli qardaşım Davudoğlu bu mühüm və tarixi günlərdə bizləri tək buraxmadı" deyib. Maliki səsvermədən sonra qərarı Türk Evində qeyd edəcəklərini bildirib.

TRT

 





29.11.2012    çap et  çap et