525.Az

Obama Qələbə günü münasibətilə Moskvaya getməyəcək


 

Obama Qələbə günü münasibətilə Moskvaya getməyəcək<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Moskvaya getməyəcək.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ prezidentinin müşaviri Ben Rods bildirib.
 
“Dövlət başçısı səviyyəsində iştirakımızı gözləmirəm. Prezident Obama mayda Moskvaya səfər etməyi planlaşdırmır”, deyə B.Rods bildirib.
 
Bundan əvvəl Çexiyanın prezidenti Miloş Zemanın bayram tədbirlərində iştirak etməyəcəyi məlum olmuşdu.
 





10.02.2015    çap et  çap et