525.Az

Çarli Çaplinin 1 milyonluq “Oskar”ı oğurlandı


 

Çarli Çaplinin 1 milyonluq “Oskar”ı oğurlandı<b style="color:red"></b> Parisdə “Çaplin Assosiyasıyası”nın ofisindən əfsanəvi aktyor Çarli Çaplinin ilk “Oskar” mükafatı oğurlanıb.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, heykəlciyin dəyəri 1 milyon dollar qiymətləndirilir.
 
Təşkilatın ofisindən həmçinin Ç.Çaplinə məxsus,  hər birinin qiyməti 90 min dollara bərabər qələmlər yoxa çıxıb.
 
Cinayətkarlar yalnız adıçəkilən əşyaları götürüblər. Polisdən verilən məlumata görə, “Çaplin Assosiyasıyası”nı qarət edənlər yaxşı məlumatlı olublar. Faktla bağlı araşdırmalara başlanılıb.
 
Qeyd edək ki, Çarli Çaplin (1889-1977) 1929-cu və 1972-ci illərdə incəsənətə verdiyi töhfəyə görə “Oskar” mükafatına layiq görülüb. Daha bir “Oskar”ı isə  Ç.Çaplin  “Ən yaxşı film musiqisi” nominasiyasında qazanmışdı.
 





10.02.2015    çap et  çap et