525.Az

Qənirə Paşayeva Türkiyənin LÖSEV təşkilatının rəhbərliyi ilə görüşüb


 

Qənirə Paşayeva Türkiyənin LÖSEV təşkilatının rəhbərliyi ilə görüşüb<b style="color:red"></b> Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin prezidenti dr. Qənirə Paşayeva Bakıda səfərdə olan LÖSEV (Leykemiyalı Uşaqlar Vəqfi) qurucusu və baş müdiri dr. Üstün Ezer və Xəstəxananın rəhbəri dr. İhsan Bəy ilə görüşüb.

525.az-ın məlumatına görə, LÖSEV (Leykemiyalı Uşaqlar Vəqfi) qurucusu və baş müdiri dr. Üstün Ezer və Xəstəxananın rəhbəri dr. İhsan Bəyi Bakıda görməkdən məmnunluğunu ifadə edən xanım millət vəkili bu cür uşaqların sağlamlığı və yaşaması üçün könüllü əmək sərf edən insanların əslində müqəddəs əməl sahibi olduqlarını vurğulayıb. Qənirə Paşayeva qardaş ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın artdığını vurğulayaraq, sivil toplum təşkilatları arasında da əməkdaşlığın daha da genişlənməsinə böyük ehtiyac olduğunu deyib.  LÖSEV-in Azərbaycanla əməkdaşlığının ölkəmiz üçün çox faydalı olacağını deyən millət vəkili onların beynəlxalq standartlar səviyyəsindəki fəaliyyətinin və təcrübəsinin Azərbaycan üçün də önəmli olduğunu deyib. Millət vəkili LÖSEV rəhbərliyinə Azərbaycana diqqətlərinə, göstərdikləri dəstəyə və əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərinə görə təşəkkür edib və ümid etdiyini bildirib ki, Azərbaycanın uyğunprofilli qurum və quruluşların LÖSEV-lə işbirliyi öz müsbət nəticələrini verəcək.

LÖSEV (Leykemiyalı Uşaqlar Vəqfi) qurucusu və baş müdiri dr. Üstün Ezer və Xəstəxananın rəhbəri dr. İhsan Bəy eyni düşüncəni paylaşdıqlarını qeyd edib, bu istiqamətdə qardaş Azərbaycana dəstək göstərməyə hazır olduqlarını, Azərbaycan üçün kadrların mərkəzdə təmənnasız yetişdirilməsinə başladıqlarını deyib. Onlar bildiriblər ki, Azərbaycana bu istiqamətdə əllərindən gələn dəstəyi göstərməyə, əldə etdikləri təcrübənin paylaşılmasına, kadrların hazırlanmasına və Azərbaycanda belə bir beynəlxalq səviyyəli mərkəzin qurulmasına bütün istiqamətlərdə yardım etməyə hazırdırlar. Azərbaycanı özlərinə vətən hesab etdiklərini deyən LÖSEV (Leykemiyalı Uşaqlar Vəqfi) qurucusu və baş müdiri dr. Üstün Ezer və Xəstəxananın rəhbəri dr. İhsan Bəy Azərbaycanla bu istiqamətdə işlərin daha da genişlənəcəyinə inandıqlarını bildiriblər.
 
 





29.11.2012    çap et  çap et