525.Az

Xaos və Harmoniya. Postmodernizm və təsəvvüf


 

Xaos və Harmoniya. Postmodernizm və təsəvvüf <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 

 

Qloballaşma yeni sosial özünütəşkil tipi kimi bütün planet masştabında yalnız sosial institutların onların fəaliyyətlərinin inteqrasiyası kimi deyil, həm bilik, ideal davranış normaları, mənəvi dəyərlərin birləşdirilməsi kimi səciyyələnir. O, sosial həyatın bütün aparıcı sahələrindəiqtisadi, siyasi, sosial mədəni sahələrdə təzahür edir, bütün sosial təbəqələri cəlb edir. təsadüfi fluktuasiyalar xarakterinə malikdir, xaotikdir. Sinergetika terminləri ilə yanaşsaq sosial özünütəşkilin son hədd nəticəsi qlobal attraktordur. Bütün lokal attraktorlar ona meyil edir. O bir üfüq kimidir qədər mümkündürsə yaxına getmək olar, ancaq sonuncu tarixi müddətə çatmaq olmaz.

 

Bu attraktor özünün ən ümumi cizgilərini göstərməyə başlayıb. Bu cizgilərdən biri Şərq-Qərb təfəkkür tiplərinin, mədəni əlaqələrinin inteqrasiyasını nəzərdə tutan bir ümumbəşəri idrak modelidir. XX əsrdə bu istiqamətdə əməli addımlar atılmışdır. Hətta cəsarətlə demək olar ki, sinergetikanın tarix səhnəsinə çıxışı, bunun nəticəsində eyni zamanda postmodernizmin yaranması qədim Şərq fəlsəfəsinin XX əsrin qlobal elmi-idraki, ictimai, mədəni problemlərinin həllinə apara biləcək müəyyən istiqamətlərinin sezilməsi olmuşdur. Məhz keçən əsrin ortalarından başlayaraq dinlərin dirçəlişi klassik elmin pozitivist-determinist çərçivəsinin elə həmin elmin yaratdığı inkişafı özünə sığdıra bilməməsi ilə bağlıdır. Postmodernizm qədim ezoterik bilgilərin ruhun daxili, dəruni, introspektiv inkişafına, harmoniyaya istiqamətlənmiş metod prinsiplərini mənimsəyərək onları cəmiyyətin zahiri, səthi, özü-özünü təşkilində hipertrofiya həddinə çatan emosiyalarının tənəzzülünəxaosun təsvirinə yönəldib. Ezoterizm, xüsusilə təsəvvüf insanı əbədi səadətə çatmaq üçün yaratmaq, qurmaq, “kamil insansəviyyəsinə gətirib çıxarmaq istəyir, posmodernizm isə müasir insanın ozüözünü yenidən yaratmaq, qurmaq cəhdinin mənasız olduğunu, onun hər qurulmaq istədiyi anda dağıldığını, “kamil insandeyil, “şizofreniktipinin meydana çıxdığını iddia edir. Təsəvvüf ciddidir bu ciddiyyət özünəyasaqlar, özünüməcburiyyətlərlə müşayiət olunur. Postmodernizm qeyri-ciddidir, ciddi olan hər şeyə istehza edir, həm sonra istehza etməsinə istehza edir. Təsəvvüf tutduğu yolun cənnətə apardığını vəd edir bunun ən yüksək nöqtəsinin Allahı seyr etmək, onun ilahi hüzurunda olmaq olduğunu deyir. Postmodernizm insan münasibətlərinin cəhənnəmini – “entropiya təsvir edir. Hər ikisi esxatoloji təlimdir, lakin təsvir etdikləri Qiyamət təsəvvürləri fərqlidir. Təsəvvüf Vəhdətə can atır. İnsanı fəna mərtəbəsində Vəhdətə qovuşdurur, onu yenidən dirildir. PostmodernizmAllahı öldürənNitşenin ardıncainsan öldürürtəsəvvüf, Allah kəlamını insan mənəviyyatında əridib məna yaradır. Postmodernizm özündən əvvəlki modernizmin çatdığı absurd qatında mənanın tamam yox oldugunu iddia edir.

 

Özünəməxsus ədəbi, fəlsəfi inikas olan postmodernizmdə əvvəlki dövrlərin üslub mənaları ilə oynanılaraq, bütün müəyyənliklər, strukturlar, institutlar, formalar arasında sərhədlər silinərək, əvvəlki Qərbi Avropa ənənəsinə xas olan fövqəlməntiqilik (panloqizm), rasionalizm, obyektivizm tarixiliyin dərin hərtərəfli tənqidini əsas götürən fəlsəfi paradiqma roluna iddia edir. Postmodernizm haqqında yazılan bir çox fəlsəfi, ədəbi yazılarda çox zamansubyektin itkisi”, “mənanın yoxluğu s. bu qəbildən olan xüsusiyyətlər şərh edildikdə, onunoyunsəciyyəsi nəzərdən qaçırılır yuxarıda qeyd olunanlar, “subyektsizlik”, “mənasızlıq nəticədə düşüncə səthiliyi anlamında. Unutmaq olmaz ki, insan təfəkkürünün inkişafına bir macəraçı dinamizm, mütəhərriklik gətirən bu ədəbi-fəlsəfi cərəyan özünün oyun manerasını həm özünə şamil edir. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, postqeyri-klassik elmin, sinergetikanın son nəticələri, ədəbi-fəlsəfi fikrin inkişafına şamil edilir. Çox zaman ciddi şəkildə postmodernist təfəkkürdən (fəlsəfədən) yox, postmodernist refleksiyadan bəhs edilir. Onunmənaya inanmamağı təfəkkür prosesindəsubyekti itirməsifizikanın  gəlib dirəndiyi kvant sahəsi sinergetikanın elmi prinsip kimi qəbul etdiyi Xaos anlayışı ilə əlaqəlidir. Əgər ən kiçik elektron hissəciklər əslində maddi substansiyaya malik deyilsə onlar kvant sahəsinin, boşluğun, heçliyinprosesləridir  bu proseslər qatılaşaraq sahənin müəyyənliklərindəenerji qovşağışəklində maddiləşmişdirsə, deməli, dünyaya mətn kimi baxıldıqda, bu mətnin ən kiçik hissəcikləri olan mənalar da yalnız müəyyən qatda mövcuddurlar daha aşağı qatda onlar silinirlər. Mişel Fuko yazırdı: “Burjuaziya ənənəsi seyr edərkən özünü tanımasın deyə absurd kimi baxmağa meyilli olduğu tarixi bir dünya ilə qarşılaşan Sartr, əksinə, göstərmək istədi ki, hər yerdə məna var”. Fuko özünün yaradıcılığının hansı mərhələsindəmənaya inanmadığı belə səciyyələndirir: “Qırılma nöqtəsibu, Levi Strossun cəmiyyət üçün, Lakanın isə şüursuzluq üçün göstərdikləri o an oldu ki, həmin anda məna  özünəməxsus səthi effekt, işıq əksi, köpükdür o şey ki, dərin şəkildə bizə nüfuz edir, bizə qədər var bizi zaman məkanda tutub saxlayırbu, sistemdir”.

 

 

Eşq sərgəştəsiyəm seyli-sirişk içrə yerim,

 

Bir hübabəm ki, həvadən doludur pirəhənim.-

 

 

adi düşüncənin məna axtardığı, məna kimi gördüyü insan varlığının məhzdərin şəkildə bizə nüfuz edən, bizə qədər var olan bizi zaman məkanda tutub saxlayangerçək, əbədisisteminüzərindəkiköynəyi havadan ibarət olan”- yəni hər an dağıla bilən, müvəqqəti bir köpük olduğunu ifadə edən  Füzuli mistisizmi postmodernist paradiqmada təsdiq olunmurmu?

 

M.Fuko davam edir – “Lakan göstərdi ki, xəstənin diskursu vasitəsilə onun nevrozunun simptomları vasitəsilə məhz strukturlar danışır, dil sisteminin özü danışırsubyekt yox... Necə ki, hər bir insan mövcudluğuna qədər bizim yenidən kəşf edəcəyimiz hər hansı bir bilik, hər hansı bir sistem olmuşdur ...”. Bu, sistemi yaradır sualına isə Fuko belə cavab verir: “Bu subyektsiz anonim sistem nədir, siz soruşursunuz ki, düşünən məhz nədir? ... müasir ədəbiyyata baxınhansısa bizvardırın kəşf edilməsi baş verir. Burada hansısa özünəməxsus şəkildə XVII əsrin nöqteyi-nəzərinə qayıdış baş verir, yalnız bir fərqlə: Allahın yerinə insanı deyil, anonim fikri, subyektsiz, nəzəri baxımdan subyektivliyin identifikasiya olunmadığı biliyi qoyurlar”.

 

Hər bir insan mövcudluğuna qədər var olan bilik”, “subyektsiz, subyektivliyin identifikasiya olunmadığı bilik”-

 

 

Yer yox ikən, göy yox ikən ta əzəldən var idim,

 

Gövhərin yekdanəsindən iləri pərgar idim.

 

(Xətai)

 

kimi onlarla sufi beytindən, islam tarixində mübahisəsi daima aparılan Quranın məxluq olub-olmaması, onun bir Söz, bir Bilik olaraq qədimliyi, hər şeydən öncə var olması düşüncəsindən mahiyyət etibarilə ilə fərqlənir?

 

 

Öylə sərməstəm ki,

 

idrak etməzəm dünya nədir,

 

Mən kiməm, saqi olan kimdir,

 

meyi-səhba nədir.

 

 

mətləsi ilə başlayan Füzuli qəzəlində təsəvvüfün sərməstlik, sərxoşluq halının yüksək poetik ifadəsində subyektin əriməsini postmodernist  subyekt itikisiilə hansı kontekstdə, hansıdiskursda müqayisə etmək olar? Bu dünya həyatınıəyləncə oyundan ibarətgörən, insanların malının, mülkünün, hətta Allah sevgisi ilə böyüdülməyən övladlarının onlar üçün birər fitnə olduqlarını bildirən Quran ayələri ilə, həyatın, sənətin oyun xarakterini üzə çıxaran, çox zaman isə onunla eyniləşdirən, bufitnənin müasir dövrünsosiallığın ölümündə, dilin fasiləsiz, istismarı nəticəsində öz yerini verdiyi avtonom siqnalların-simulyakrların yaratdığışəffaf”, ədəbsizliyə çatanfövqəl görünüşdə”, “reallıq artıqlığında”, “hipereallıqda”, “paranoidal subyektlərdən şizofrenik subyektlərə çevrildiyini iddia edən postmodernizmin arasındabu dünya həyatı ilə bağlı təsvirlərdə zaman ciddiyətdən başqa daha hansı köklü fərqləri görmək olar? Özü bu münasibət, bu təsvir, sadəcə təsadüfi, səthi baxişlar deyil; biri bu dünyanın yaradıcısının onun həqiqətinin iqrarının, digəri isə cəmiyyət həyatının özünəqədərki bütün fəlsəfi dərkinin özünəməxsus analizinin, dekonstruksiyasının doğurduğu, təsəvvüfün axtardığı, tapmaq istədiyi, son hədəfi olan, postmodernizmin isə tamamilə itirdiyi heç axtarmaq istəmədiyi mənanın təzahürləri kimi meydana çıxır. Sufinin sərxoşluq, məcnunluq, “sakrhalı ilə, postmodernist  şizoanalizinin qəhrəmanı arasında kimi bağlılıqlar mövcuddur? Sufinin Məcnunu ruhun inkişaf prosesində incəldikcə buuzun, incə bir yolda ağırlıq edən, artıqlıq edən, maneçilik törədən, ağlı kimi bir kənara qoyan eşq dəlisi, ikincisi isə bədənə bağlanmışarzular maşınının gerçəkliklə xəyalın hibridi olan hiperrealsimulyasiyadünyasında can atdığı ekstremal duyğuların, hipertrefik ehtirasların əsiri olanşizofrenikyaradır. Bunlardan biri sufiyanə, digəri isə postmodernistcəsinə dünyadan qaçış halı deyilmi? Bu qaçış istəyi insanın daha dərin ontoloji, qneseoloji s. qatlarında eyni bir kökdən qidalanmırmi?

 

Kök demişkən postmodernizm məhz köksüzlüyün, daha doğrusu, bir ana kökün olmadığılifəbənzərsaçaqşəkilli”, qarışıq kök sisteminə malik olan, botanikadan götürdüyürizomaterminini öz bədii təcrübəsinin modeli, emblem fiquru kimi mənimsəmişdir. Bu cərəyanın bir çox yaradıcılarırizomametoforasını təbii, sosial, elmi-məntiqi mədəni hadisələrin dəqiq sistemli iyerarxik şəkildə nizamlanan təşkilat formaları kimi qəbul edilən struktur anlayışına zidd olaraq işlətmişlər. Postmodernizm üçün nümunə sayılacaqQızılgülün adıromanının müəllifi Umberto Ekorizoma bu cərəyanın mentaliteti üçün səciyyəvi olan simvolik labirint proobrazı kimi xarakterizə etmiş romanın yaradılmasında məhzrizoma rəhbər götürdüyünü qeyd etmişdir. Azərbaycan ədəbiyyatında postmodernizm yaradıcılarının ilki sayıla biləcək Kamal Abdulla əsərlərində postmodernizmin digər elementlərindən olduğu kimi, rizomadan da məharətlə istifadə etmişdir. “Yarımçıq əlyazmada Oğuz elinə xəyanət edən iki casus axtarışı bir fikir labirintinə, hadisələrin qarışdırılmasına, xaotik bir struktura dönüşdurülür oxucu gərgin bir maraqla bu xaosun nizama çevriləcəyi bufurkasiya  nöqtəsini gözləyir. (Əlbəttə, bu əsərdə, eləcə K.Abdullanın digər əsərlərində postmodernizmin əksər anlayış prinsiplərindən, metodlarındandekonstruksiya, intertekstuallıq, nonseleksiya, pastiş, müəllif maskası, ikili kod s.-dən məharətlə istifadə edilmişdir. Bu barədə ayrıca bir tədqiqat işində bəhs edəcəyik).

 

Maraqlıdır ki, təsəvvüf poeziyasının modeli, emblem fiquru sayıla biləcək (bu fikir müəllifə məxsusdur) bədən-ruh, can-söz ilişgilərini parlaq şəkildə ifadə edən, demək olar ki, bütün böyük sufi şairlərinin istifadə etdiyi sədəf-inci, mirvari obrazı da öz botanik məzmununa, canlı həyatda yetişmə üslubuna müəyyən xüsusiyyətlərinə görə rizoma ilə müqayisə edilə bilər. Sədəfin içindəki qarışıq, xaotik bir bulaşıq maddə yetişərək, zamanla bişərək parlaq bir mirvariyə dönür. Nəticə etibarilə sədəf-inci münasibətləri ikili, binar səciyyə daşısa da, incinin yetişməsindəki o qarışıq, xaotik proses bu gün postqeyri-klassik rasionallıq idealları ilə səsləşən postmodernizmin birmənalılığı, birşəkilliliyi inkar edən, çoxluğu, çoxvariantlılığı təsdiq edən baxış perspektivinə daxil olur. Kamilləşmə prosesində sufi, təsəvvüf terminləri ilə desək süluka (yola) qədəm qoyan salik (bu yolu qət edən) yüksəliş ekstaz vəziyyətinə görə iyerarxik şəkildə keçirdiyi hallar nəticəsində hər bir məqamdasinergetik dildə desək, bufurkasiya nöqtəsindənizama, qaydaya düşür, lakin yeni nizam yarandığı andan bir qədər sonra yenidən nisbətən daha dərin xaosa çevrilir. Sufinin yaşadığı bu daxili-mənəvi təcrübələri, kamilləşmə hal məqamları da müasir kvant fizikasının problemləri kimi özünün irrasional xüsusiyyətləri ilə klassik qeyri-klassik elm çərçivəsində hər hansı bir rasional şərhə sığmır. Lakin düşünürük ki, postqeyri-klassik elmin, sinergetikanın yeni metodları çərçivəsində bu problemi, irrasional mahiyyətini saxlamaqla, rasional elmin şərh çərçivələrinə salmaq mümkündür.

 

Postmodernizm üçün, təsəvvüfdə olduğu kimi, hər hansı bir prioritetlər sistemi yoxdur. Həmçinin, ona görə dünyanın nizama salınmış modelinin qeyri-mümkünlüyü qaydasızlığı səciyyəvidir. Onunfatal strategiyasına görə hazırkı dünyaorgiyadan sonrakıvəziyyətdədirbütün fərdi ictimai güclər azad olunmuş, utopiyalar reallaşmışdır. Bütün azad olunanlar, ideallar, dəyərlər, fantazmlar yenidən qaçılmaz şəkildə hissə-hissə dağıntı unutqanlıq prosesində yenidən sonsuz şəkildə çoxalmağa mutasiya olunmağa başlayır. “İdeya dəyərlər öz həqiqi mənalarını itirir, lakin onların yenidən istehsalı davam edir daha təkmil səviyyədə olur. Onlar xərçəng şişinin metastazları kimi bütün dünyada sürünərək hər yerə nüfuz edir bir-birlərini sümürürlər” (Sovremennaə zapadnaə filosofiə. Minsk, 2009, səh. 922). Əgər postmodernist yazıçılar dünyanın hər hansı bir modelinin mövcudluğunu mümkün hesab edirlərsə, o da yalnız postmodernizmin qəbul edilmiş liderlərindən biri olan Tomas Pinçonun müasir fizikanın elmi terminlərindən birini cəmiyyətin durumuna, insanın mənəvi vəziyyətinə şamil etdiyi maksimal entropiyaya, bütün tərtib elementlərinin bərabər ehtimallılığına bərabərdəyərliliyinə əsaslanır.

 

Entropiya bir fizika termini olaraq, termodinamikanın ikinci qanununa əsasən qapalı sistemlərdə temperaturun düzləşməsinin istilik mübadiləsinin kəsilməsini, statistik şərhə əsasən sistemdə nizamsızlıq, qaydasızlıq ölçüsünü, informasiya nəzəriyyəsində isə ötürülmə zamanı informasiyanın təhrifini bildirir.

 

Beləliklə, entropiya həm Kainatın istilik ölümü, həm kütləvi mədəniyyətin kölələşdirdiyi intellektin ölümünü başqa insanlarla əlaqə qurmağın artıq qeyri-mümkünlüyünü ifadə edir. Bu proses ölümü, dağıntını, məhvi, o cümlədən mədəniyyətin məhvini doğurur. Eyni zamanda, elmi-texnoloji sivilizasiyasının qanunauyğun nəticəsi olduğu üçün entropiya onunla bir mübarizə vasitəsinə çevrilir.

 

Entropiya anlayışının belə zidd mənalarla yüklənməsi postmodernist mətnin birmənalı oxunuş ideyasına qarşı durması ilə bağlıdır, bu da əvvəlcədən düzgün şərhi axtarıb tapmağın mümkün olmayacağını nümayiş etdirir. T.Pinçon əmin idi ki, entropiyaya qarşı durmaqla insanın dünya haqqındakı öz təsəvvürlərini nizama salmaq təşkilatlandırmaq kimi daimi cəhdi yalnız kainata düşmənçiliyin dərkinə çevrilir. Posmodernist yazıçı belə bir vəziyyətdə insanın yeganə nicat vasitəsini gülüşdə görür. Entropiya ilə mübarizə faydasızdır. Bu vəziyyətdə yalnız hər şeyə nüfuz edən istehzanın köməyi ilə baş verənlərin xəstə qavramından kənarlaşmaq olar. Pinçonun özü üçün isə entropiyanın hakimiyyətindən qaçış üçün bir cığır açmışdıbədii yaradıcılıq.

 

Kinayə yaradıcılıqpostmodernist yazıçının təqdim etdiyi edə biləcəyi çıxış yolu budur. Kinayənin, gülüşün postmodernist dünyagörüşündə necə mühüm rol oynadığını yuxarıda adını çəkdiyimiz Umberto Ekonun bəzi tədqiqatçıların postmodernizmin Bibliyası kimi gördüyüQızılgülün adıəsərinin sujet xəttinin AristotelinPoetikaəsərinin itmiş II hissəsininkomediyaya, gülüşə həsr olunmuş hissəsinin axtarılması üzərində qurulması da bariz şəkildə göstərir...

 

Entropiyanın mistik-məcazi anlamını təsəvvüf bədii düşüncəsi tərəfindəncəhənnəmkimi alqılamaq mümkündür. “Entropiyahekayəsinin yazıldığı 1960- ildən bu tərəfə keçən yarım əsrlik bir dövr ərzində postmodernizmin ideoloqlarının, texnomədəni apostolların özündə artıq bəşəriyyətin Qiyamət gününə daxil olduğu bu Qiyamətin bizim gözlərimizin önündə virtual şəkildə baş verdiyi bu mənzərənin bizimxüsusi kristallaşmış ölümümüz” (Jan Bodriyar) olduğu kimi fikirlər artıq heç bir təəccüb doğurmadan, əksinə, təfəkkürün meyl etdiyi, sığınmaq istədiyi yeni bədii-fəlsəfi konsepsiyaların mahiyyətini təşkil edir. O isə yüz illərdir təsəvvüf poeziyası özünün bir çox dərin hikmətləri ifadə edən obrazlar aləmində, cəhənnəmi bir-birini eşitmədən, dialoq qurmadan, ortadoksal hökmlərin mövcud hakimiyyətin  qurucusu müdafiəçisi olaraq tək həqiqət kimi beyinlərə pərçimləndiyi, nəticə etibarilə ictimai münasibətlərin kəsifləşdiyi, entropiyanın artdığı riyakar cəmiyyət yığınını məscidlə eyniləşdirmiş, çıxış yolunu T.Pinçonun hekayəsində entropiyadan bir nəfərin qapalı otağın pəncərəsini vurub sındırmaqda gördüyü kimi, riyakar yığınınınküdurət üstünə küdurətgətirdiyi məscidlərə girməməkdə, çarəsiz qalıb girdikdə isə orada  çox qalmamaqda görür.

 

 

Müəzzin naləsin alma qulağa,

 

düşmə təşvişə,

 

Cəhənnəm qapısın açdırma,

 

vaizdən xəbər sorma.

 

deyən Füzuli dövrünün xaosunu, entropiyasını əks etdirən postmodernist mütəfəkkiri deyilmi?

 

Postmodernizmi zaman qılafından çıxarsaq təbii ki, o zamansa bu qılafdan çıxacaq, onun təfəkkür obyektini məhz təsəvvüf  təlimində saflıq təsviyə təkamül baxımından mərtəbələrə bölünmüş insan nəfsinin tamamilə dünya qayğı zövqlərinə bulaşmış, nəfsi-əmmarə, nəfsi-ləvvamə deyilən ən aşağı qatıları ilə müqayisə etmək olar. Görkəmli təsəvvüf tədqiqatçısı, ingilis alimi Trimingemİslamda Sufi ordenləriəsərində sufizmin qneseoloji əsaslarına nəzər salarkən müxtəlif sufi təriqətlərinin baxışlarını ümumiləşdirərək, nəfsin mərtəbələrini əlamət xüsusiyyətləri ilə təsvir etmişdir. Hər bir posmodern əsəri oxuduqda onun əksər qəhrəmanlarının məhz nəfsin bu mərtəbəsindəki ən neqativ xüsusiyyət əlamətlərə malik olduğunun, bu xüsusiyyətlərin postmodernist paradiqmada, dilin postmodernist istismarında necə simulyasiya olunduğunun, hipertrofiyalaşdığının, “şəffaflaşdığının, fatal bir ssenariyə salındığının şahidi oluruq. Təsəvvüflə postmodernizmin kəsişdiyi  sonra hər birinin zidd istiqamətlərə yönəldiyi bu mərtəbə dünyanın səthinin insan qəlbinin səthi ilə kəsişdiyiictimai həyatın yaşandığı Xaos mərtəbəsidir. Bu mərtəbədən təsəvvüffərdin əbədi hormoniyasına, postmodernizm isə Xaosun  daha  da güclənib, artıb hansısa bir ictimai fluktuasiyanın təsiri ilə növbəti müvəqqəti ictimai nizama aparacaq təsadüfi bufurkasiya nöqtəsinə ...
 





29.11.2012    çap et  çap et