525.Az

Obamadan Putinə xəbərdarlıq


 

Obamadan Putinə xəbərdarlıq <b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Ağ Evin məlumatına görə, Obama telefon danışığı zamanı   Rusiyanın Ukraynaya qarşı təcavüzü  davam etdirməsinin ona baha başa gələcəyini bildirərək  Vladimir Putinə xəbərdarlıq edib. 
 
Obamanın sözlərinə görə, Moskva hələ də Donbasa silah, maliyyə vəsaitləri və hərbçiləri göndərir.  
 
Qeyd edək ki, bundan əvvəl Barak Obama və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Tərəflər Ukraynanın cənub-şərqindəki vəziyyəti və atəşkəsə dair aparılan danışıqları müzakirə ediblər.
 
“Prezident Obama dinc sakinlər arasında qurbanların sayının artması ilə bağlı Poroşenkoya başsağlığı verib və sülh danışıqlarını tam dəstəklədiyini bildirib”, deyə Ağ Ev bildirib. 
 
Bundan başqa tərəflər Rusiyanın sentyabrda Minskdə üzərinə götürdüyü öhdəliklərinin icra etməli olduğunu qeyd ediblər.

 





11.02.2015    çap et  çap et