525.Az

"Abituriyentlərin 64.7 faizi qəbul imtahanından “2” alıb"


 

"Abituriyentlərin 64.7 faizi qəbul imtahanından “2” alıb"<b style="color:red"></b> 2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7%-i qəbul imtahanlarında 200-dən az bal toplayıb.
 

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: “0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan “2”, 13.6%-i "3", 15.7%-i "4", 6.0%-i isə "5" qiymət alıb”.
 
Əvvəlki qəbul ilində bu göstəricilərin müvafiq olaraq 65.0%, 13.8%, 15.7%, 5.6% olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib: “Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da əksini tapıb. Ali məktəblərə qəbul olanların 29.9%-ni “3”, 40.2%-ni “4”, 15.5%-ni isə “5” qiymət alanlar təşkil edib. Əvvəlki il bu göstəricilər uyğun olaraq 27.7%, 41.3%, 14.8% olub. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır.

Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR Kəngərli, Sədərək və Babək rayonlarından olan abituriyentlərin 40%-dən çoxunun 2014-cü ildəki qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.
 





11.02.2015    çap et  çap et