525.Az

“Ziraat Bank Azərbaycan” bu ilin I yarısında fəaliyyətə başlayacaq


 

“Ziraat Bank Azərbaycan” bu ilin I yarısında fəaliyyətə başlayacaq<b style="color:red"></b> Türkiyənin “Ziraat Bankası”nın Azərbaycanda törəmə bankı bu ilin birinci yarısında fəaliyyətə başlayacaq.
 
“APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın məlumat verib.
 
Baş direktorun sözlərinə görə, törəmə bankın fəaliyyətə başlaması üçün işlər davam etdirilir.
 
“Azərbaycan və Qazaxıstanın yerləşdiyi məkanda strateji olaraq bankçılıq fəaliyyətimizi artırmağı planlaşdırırıq”, - deyə H.Aydın vurğulayıb. 
 
O, Azərbaycanda “Azər-Türk Bankı” ilə tərəfdaşlığın da davam etdiyini xatırladıb.
 
Qeyd edək ki, “Ziraat Bankası” Türkiyə xaricində 16 ölkədə şöbə, təmsilçilik və bank quruluşları ilə 80-dən çox xidmət nöqtəsində fəaliyyət göstərir.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.
 





11.02.2015    çap et  çap et