525.Az

Debaltsevo şəhər milis idarəsinin rəisi separatçılarla döyüşdə həlak olub


 

Debaltsevo şəhər milis idarəsinin rəisi separatçılarla döyüşdə həlak olub<b style="color:red"></b>

Hazırda Donbassda gedən döyüşlərin episentrinə çevrilmiş Debaltsevo şəhərinin milis idarəsi separatçıların kəşfiyyat-təxribat qrupunun hücumuna məruz qalıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəisi Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində məlumat verib.
 
V. Abroskin hadisənin fevralın 10-da axşam baş verdiyini və düşmən hücumunun dəf edilməsi zamanı Debaltsevo milis idarəsinin rəisi Yevgeni Yuxanovun həlak olduğunu bildirib: “Milis əməkdaşları DİN-in “Artyomovsk” xüsusi təyinatlı batalyonu ilə birlikdə təxribatçıları geri oturdub. Şəhər milis idarəsinin rəisi, polkovnik Yevgeni Yuxanov qəhrəmancasına həlak olub”.
 
Qeyd edək ki, son həftələr arasıkəsilməz hücumlara məruz qalan Debaltsevo hazırda üç tərəfdən separatçıların mövqeləri ilə əhatə olunub. Şəhərin Donbassın Ukrayna ordusunun nəzarətindəki digər hissəsi ilə əlaqəsini təmin edən yeganə yol isə atəş altındadır. Hələlik tam mühasirə şəraiti olmasa da, mühasirə həlqəsi getdikcə daralır.

 





11.02.2015    çap et  çap et