525.Az

Putin Minskdə Ukrayna ilə bağlı danışıqlarda iştirak edəcək


 

Putin Minskdə Ukrayna ilə bağlı danışıqlarda iştirak edəcək<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin “Normandiya formatı” çərçivəsində müzakirələrdə iştirak etmək üçün Minskə yola düşüb.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
 
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna münaqişəsinin həlli ilə bağlı Minskdə görüş keçirəcəklərini bəyan ediblər. Görüş Minsk vaxtı ilə saat 18.00-da (Bakı vaxtı ilə 19:00) baş tutacaq.
 
Görüş barədə razılıq Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin fevralın 8-də baş tutan telefon danışığı zamanı əldə olunub.
 
Xatırladaq ki, bundan öncə Minskdə Ukraynanın şərqindəki vəziyyətlə bağlı təmas qrupunun görüşü keçirilib. Lakin görüşün nəticələri açıqlanmayıb.

 





11.02.2015    çap et  çap et