525.Az

Alen Delon Gürcüstana səfər edib


 

Alen Delon Gürcüstana səfər edib<b style="color:red"></b> Məşhur fransız aktyoru Alen Delon şəxsi təyyarə ilə Gürcüstana səfər edib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, o, jurnalistlərə açıqlamasında Tiflisə məşhur gürcü opera müğənnisi Paata Burçuladzenin 60 illik yubileyi ilə əlaqədar səfər etdiyini bildirib.
 
Qeyd edək ki, bu gün P. Burçuladzenin yubileyi münasibəti ilə Tiflis İdman Sarayında yerli və xarici müğənnilərin iştirakı ilə qala-konsert keçiriləcək. Konsertin aparıcısı A. Delon olacaq.
 
"Gürcüstana ilk dəfə gəlmişəm və buna görə məni söyməyin. Gürcüləri söyün ki, məni indiyədək Gürcüstana dəvət etməyiblər", - deyə aktyor jurnalistlərə açıqlamasında bildirib.
 
A. Delon səfər çərçivəsində Gürcüstan patriarx-katalikosu II İlya ilə görüşüb.
 





12.02.2015    çap et  çap et