525.Az

Bakıda 14 yaşlı oğlanın boğazını kəsən ata və anası tutuldu


 

Bakıda 14 yaşlı oğlanın boğazını kəsən ata və anası tutuldu<b style="color:red"></b>

Bakıda məktəblini qətlə yetirənlər müəyyən edilərək saxlanılıb.

 Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib.
 
Məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində noyabrın 28 də Nobel prospektində meyiti tapılan, 1998-ci il təvəllüdlü Usov Gennadi Andreyeviçin öz valideynləri tərəfindən öldürüldüyü müəyyənləşib. Hadisəni törətməkdə təqsirli bilinən mərhumun atası Mereşkin Aleksandr və anası Yelena Sadayeva saxlanılıblar. Hazırda onlar Rayon Prokurorluğundan dindirilirlər.
 
Məlumata görə, ata və ana övladlarını öldürdükdən sonra neft buruqlarının arasına atıblar. Daha sonra isə onlar meyiti Nobel prospekti 2 ünvanına gətirərək həmin ünvanda yerləşən tikiliyə atıblar.
 
Qeyd edək ki, dünən 14 yaşlı Usov Gennadinin meyiti boğaz nahiyəsində kəsilmiş-sıyrılmış halda Nobel prospekti 2 ünvanında yerləşən tikilinin bünövrəsində tapılıb.

 





29.11.2012    çap et  çap et