525.Az

Neft bahalaşır


 

Neft bahalaşır<b style="color:red"></b>

Brent markalı neftin qiyməti ötən ilin dekabr atından etibarən ilk dəfə olaraq 60 dollar həddini aşıb.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,36 dollar artaraq 60,26 dollar olub.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar azalaraq 51,93 dollar təşkil edib.
 
“Bloomberg” agentliyin yaydığı məlumata görə, “qara qızıl”ın qiymətindəki hazırkı artım yaxın perspektivdə davamlı olacaq.
 
Artımın əsas səbəbi kimi, fevralın 12-də Minskdə “normand dördlüyü” tərəfindən Ukrayna münaqişəsinin həll istiqamətində əldə olunan razılıq göstərilir.

 





13.02.2015    çap et  çap et