525.Az

"Bu qanun layihəsində bəzi məqamlar İslamla ziddiyyət təşkil edə bilər"


 

"Bu qanun layihəsində bəzi məqamlar İslamla ziddiyyət təşkil edə bilər"<b style="color:red"></b>

“Reproduktiv sağlamlığın qorunması haqqıda” qanunda süni mayalanma ilə bağlı məsələlər İran və Türkiyədə keçirilən əməliyyatlar kimi olacaq.

Ümumilkdə, dünyada tətbiq edilən təcrübəni Azərbaycana da gətirmək istəyirik, yəni, özümüzdən Amerika kəşf etmirik”. “525 xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli deyib.  H. Rəcəbli “Reproduktiv sağlamlığın qorunması haqqıda” qanun layihəsində yer alan bəzi məqamların İslam dini ilə ziddiyyət təşkil edə biləcəyini etiraf edib:  “İslamda belədir ki, qətiyyən başqasının mayasından istifadə etmək olmaz. İran bunu siğə ilə edir. Bir adamın mayasını yalnız bir adama verməyə icazə var. Onlar deyir ki, bir adamın mayası ilə çox adam mayalansa, qardaşın bacını mayalandırmasına təsadüf etmək olar. Bizdə də mayalandırma ilə bağlı dəqiq uçot olacaq”.

Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqıda” qanun layihəsi Milli Məclisin Sosial siyasət Komitəsinin iclasında iki dəfə müzakirə olunsa da, parlamentin plenar iclasına tövsiyə edilməyib. Qanun layihəsi yenidən işlənəcək.

Kamil Həmzəoğlu

 

 





29.11.2012    çap et  çap et