525.Az

Bir sıra dövlət qurumlarının ləğv olunması təklif edilib


 

Bir sıra dövlət qurumlarının ləğv olunması təklif edilib<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin bugünkü iclasında deputat bir sıra dövlət qurumlarının ləğv olunmasını təklif edib.

APA-nın məlumatına görə, çıxış edən deputat Zahid Oruc bildirib ki, “Meliorasiya və Su Təsərrüfatı ASC aqrar yöndə fəaliyyət göstərir və dövlət aqrar sahədə Kənd Təsərrüfatı Nazirliyini məsul saydığı üçün ASC-ni bu nazirliyə birləşdirmək lazımdır.
 
Deputat həmçinin qeyd edib ki, Dövlət Qulluğu Məsələləri Komissiyasının fəaliyyəti də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə eyni missiya daşıdığı üçün bu iki qurumu birləşdirmək lazımdır: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi daha əhəmiyyətlidir. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar”.

 





13.02.2015    çap et  çap et