525.Az

“Qarabağda hələ savaşımız bitməyib”


 

“Qarabağda hələ savaşımız bitməyib”<b style="color:red"></b> Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsi şəhid ailələri və qaziləri ilə bağlı tədbir keçirilib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli deyib ki, Qarabağ problemi hər zaman gündəmdə olduğu üçün şəhid ailələri və qazilərə də xüsusi diqqət ayrılır.

Onun sözlərinə görə, ictimai həyatda qazilərin özünəməxsus rolu olmaqla yanaşı, həm də gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasında önəmli həyat təcrübəsinə malikdirlər:

“Şəhid ailələri, qazilər dövlətimizin müstəqilliyinin, o cümlədən ölkəmizin ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətlərə malikdirlər. Hər kəs bu gün qazi və şəhid ailələrinə xüsusi ehtiramla yanaşamağa borcludur. Unutmayaq ki, Qarabağda hələ savaşımız bitməyib”.

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov və digər qazilər “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliynə hər zaman şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqətə görə təşəkkür ediblər.

Sonda ictimai birlik tərəfindən şəhid ailələri və qazilərə ərzaq sovqatı verilib.
 





13.02.2015    çap et  çap et