525.Az

"Cənub dəhlizi Avropa enerji təhlükəsizliyinin təməl daşıdır"


 

"Cənub dəhlizi Avropa enerji təhlükəsizliyinin təməl daşıdır"<b style="color:red"></b> ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoçsteyn Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə çıxış edib.
 
APA-nın xəbərinə görə, A. Hoçsteyn Amerika Birləşmiş Ştatları hökuməti adından iştirak etməkdən məmnunluq hissi keçirdiyini qeyd edib.
 
O, Azərbaycan hökumətinə belə bir mühüm zamanda bu vacib tədbirin - Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasının təşkilinə görə minnətdarlığını bildirib: “Mən Prezident İlham Əliyevə Bakı-Tbilisi-Ceyhan layihəsindən başlayaraq həyata keçirilən bütün bu işlərə rəhbərlik etdiyinə görə təşəkkürümü bildirirəm.
Bugünkü açılış nitqində Prezident Əliyevin söylədikləri bəzi fikirləri bir daha vurğulamaq istəyirəm. Cənab Prezident bu gün şaxələndirmə və şaxənləndirmənin əhəmiyyətindən danışdı. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etdi ki, marşrutların şaxənləndirilməsi vacib olmaqla bərabər, bu marşrutlar yalnız təchizat mənbələrinin şaxələndirildiyi təqdirdə mühüm əhəmiyyət kəsb edir. Bu iki amildən biri olmadıqda, enerji təhlükəsizliyi mümkün deyil. Cənub qaz dəhlizi bu iki amilin hər ikisini özündə birləşdirir və buna görə də Avropa enerji təhlükəsizliyinə dəstək verilməsi ABŞ Hökumətinin həmişə strateji məqsədi olub və bundan sonra da olacaq”.
 
ABŞ nümayəndəsi çıxışında enerji təhlükəsizliyi məsələlərinə də toxunub: “Enerji təhlükəsizliyi məsələsi təkcə enerji ilə bağlı deyil. Bu, sabitlik deməkdir. Geosiyasi sabitlik bu regionların iqtisadi firavanlığı deməkdir. Cənub dəhlizi Avropa enerji təhlükəsizliyinin təməl daşıdır. Cənub dəhlizi təkcə tranzit ölkələr və son nöqtə olan İtaliya üçün deyil. “Şahdəniz” konsorsiumunun 2-ci və 3-cü fazaları işə düşən zaman bu layihəyə əlavə qaz resursları cəlb oluna və beləliklə, bu layihənin potensialı daha da arta bilər”.
 





14.02.2015    çap et  çap et