525.Az

"Razılaşmaya əməl olunmasa Avropa Şurasının fövqəladə iclasını çağıracağıq"


 

"Razılaşmaya əməl olunmasa Avropa Şurasının fövqəladə iclasını çağıracağıq"<b style="color:red"></b> Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmasına əməl olunmadığı təqdirdə  Avropa Şurasının fövqəladə iclasının çağırılmasını tələb edəcəyini bildirib.
 

APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytında bildirilir.
 
“Əgər fevralın 15-inə keçən gecə ikitərəfli qaydada atəşkəs olmasa, Avropa Şurasının fövqəladə iclasını çağıracağıq. Ona görə ki, Anqela Merkel və Fransua Olland danışıqlarda tək Almaniya və Fransa deyil, rəsmi olaraq Avropa İttifaqını  təmsil ediblər”, məlumatda belə deyilir.
 





14.02.2015    çap et  çap et