525.Az

“Xocalı hava limanı işə salınarsa sülh prosesinə ciddi zərbə vurulacaq”


 

“Xocalı hava limanı işə salınarsa sülh prosesinə ciddi zərbə vurulacaq”<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 XİN-in mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, F. Lefort regiona səfəri ilə bağlı öz mülahizələrini bölüşüb.
 
Görüşdə regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb, regional əhəmiyyətli enerji layihələrindən bəhs olunub, Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulanıb.
 
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E. Məmmədyarov bildirib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun təkliflərini qəbul edirsə, Böyük Sülh Sazişini imzalamağa razılaşmalıdır. Nazir həmçinin Filip Lefortun diqqətinə çatdırıb ki, Xocalı hava limanı işə salınacağı və uçuşlar həyata keçiriləcəyi təqdirdə, sülh prosesinə ciddi zərbə vurulacaq. O, qonağa xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də bu mövqedən çıxış edirlər.
 
E. Məmmədyarovun sözlərinə görə, münaqişənin həlli üçün əsas problem Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğudur.
 
Filip Lefort isə davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyini qeyd edib. 

 





29.11.2012    çap et  çap et