525.Az

Teatr binasında bomba olayı ilə bağlı rəsmi məlumat


 

Teatr binasında bomba olayı ilə bağlı <b style="color:red">rəsmi məlumat</b> Bakı şəhəri, Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

525.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə binada və ətrafında axtarışlar aparıb.
Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.
 





29.11.2012    çap et  çap et