525.Az

Atəşkəs pozulub


 

Atəşkəs pozulub<b style="color:red"></b>

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı  kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
 
Düşmən cavab atəşi ilə susdurulub.

 





30.11.2012    çap et  çap et