525.Az

Ermənistanda tanınmış biznesmen özünü güllələyib


 

Ermənistanda tanınmış biznesmen özünü güllələyib<b style="color:red"></b> Ermənistanda tanınmış biznesmen özünə qəsd edib. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, “Levon Amirxanyan” şirkətinin direktoru, 61 yaşlı Abram Amirxanyan bu gün səhər saatlarında yaşadığı evdə özünü güllələyib. Polisdən bildiriblər ki, iş adamının ölümü ilə bağlı məlumat “Nor Açin” tibb mərkəzinə hadisədən 2 saat sonra daxil olub. Xatırladaq ki, 2005-ci ildə yaradılmış “Levon Amirxanyan” şirkəti binaların tikintisi ilə məşğul olur. Son illər şirkətin maliyyət çətinlikləri olub. Şirkət tərəfindən tikilən bəzi binalardakı mənzillər banklara girov qoyulduğu üçün mənzil sahibləri problemlə üzləşirlər.
 





16.02.2015    çap et  çap et