525.Az

"Avropa İttifaqının yeni sanksiyaları cavabsız qalmayacaq"


 

"Avropa İttifaqının yeni sanksiyaları cavabsız qalmayacaq"<b style="color:red"></b> “Avropa İttifaqının yeni sanskiyaları gülüncdür və sağlam düşüncəyə ziddir. Onlar cavabsız qalmayacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: "Bir şey məlumdur ki, adekvat reaksiya veriləcək bu qərar sağlam düşüncəyə ziddir və Ukrayna daxilindəki münaqişənin həlli imkanlarının tapılmasına kömək etməyəcək. Aİ-nın sanskiyalarla bağlı qərarı 12 fevral Minsk razılaşmalarının fonunda gülüş doğurur. Belə təsəvvür yaranır ki, Brüsseldə və Aİ ölkələrinin paytaxtlarında sanksiya çarxının hərəkətinə ya nəzarət edə bilmirlər, ya da arzuolunanı həqiqət kimi təqdim etməyə tələsərək ictimai rəyi Rusiyanın sanksiyalar nəticəsində "yola gəldiyinə" əmin etmək istəyirlər", - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.
 





16.02.2015    çap et  çap et