525.Az

"Kiyev Saakaşvilini ekstradisiya etməkdən imtina edib"


 

"Kiyev Saakaşvilini ekstradisiya etməkdən imtina edib"<b style="color:red"></b>

Kiyev Gürcüstan Baş Prokurorluğunun sabiq prezident Mixail Saakaşvilinin ekstradisiya edilməsinə dair müraciətinə imtina cavabı verib.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”-yə Gürcüstan Baş Prokurorluğundan bildirilib. Məlumata görə, imtina cavabı Mixail Saakaşvilinin Ukrayna prezidentinin ştatdankənar  köməkçisi vəzifəsinə təyin edilməzdən əvvəl verilib.  
 
Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu bir müddət əvvəl Ukrayna Baş Prokurorluğuna Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin və keçmiş ədliyyə naziri Zurab Adeişvilinin həbs edilərək vətəninə ekstradisiya olunmasına dair müraciət edib.
 
Ukrayna prezidenti fevralın 14-də barəsində Gürcüstanda axtarış elan olunmuş Mixail Saakaşvilinin özünün ştatdankənar müşaviri və prezident yanında islahatlar üzrə beynəlxalq məşvərət şurasının sədri təyin olunmasına dair fərman imzalayıb.
 
Mixail Saakaşvili Gürcüstanı 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Georgi Marqvelaşvinin inauqurasiyasından sonra tərk edib. O bir neçə cinayət işi üzrə, həmçinin 5 mln dollar həcmində büdcə vəsaitlərini israf etməkdə  ittiham olunur 

 





17.02.2015    çap et  çap et