525.Az

Ankarada Xocalı faciəsi barədə sənədli filmin və kitabın təqdimatı


 

Ankarada Xocalı faciəsi barədə sənədli filmin və kitabın təqdimatı <b style="color:red"></b>  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ankaradakı ofisinin təşkilatçılığı ilə Türkiyə paytaxtında “Endless Corridor” (Sonsuz Dəhliz) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin açılış hissəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin Xocalı soyqırımı ilə bağlı mesajı oxunub. Mesajda Türkiyənin dost və qardaş Azərbaycanın acılarını paylaşdığı vurğulanıb.
 
Sonra Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Lionel Zetter, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Xocalı sakini, soyqırımın şahidi Valeh Hüseynov çıxış edib. Tədbir “Sonsuz Dəhliz” sənədli filminin nümayişi ilə başa çatıb.
 
Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə XİN-in rəsmiləri, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.
 





18.02.2015    çap et  çap et