525.Az

Rusiyada türklərin sayı artır


 

Rusiyada türklərin sayı artır<b style="color:red"></b>

Son 20 ildə Rusiya Federasiyasında yaşayan rus millətindən olan vətəndaşların sayı təxminən 9 milyon nəfərədək azalıb.

Lent.az-ın məlumatına görə, bu rəqəm Rusiya Demoqrafiya İnstitutunun məruzəsində açıqlanıb.

Məlumata görə, ruslarla bərabər belorus, çuvaş, udmurt, yəhudi və tatarların da sayının azalması müşahidə edilib.

Ən çox artım türklərdədir. Onların sayı 11 dəfə artaraq, 9 mindən 101 minə çatıb. Tacik və özbəklərin sayı isə təxminən 3 dəfə artıb.

Azərbaycanlıların da saytı ciddi şəkildə artıb. Əgər 20 il əvvəl Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 335 min nəfər idisə, indi həmyerlilərimizin sayı 655 mini keçib.

 





30.11.2012    çap et  çap et