525.Az

Saakaşvili: “Biz hakimiyyətə seçki yolu ilə qayıdacağıq”


 

Saakaşvili: “Biz hakimiyyətə seçki yolu ilə qayıdacağıq”<b style="color:red"></b>

“Öz tərəfdarlarımla Gürcüstana qayıtmaq və bir ildən sonra parlament seçkilərində qalib gəlmək niyyətindəyəm”.

APA-nın məlumatına görə, bunu “Rustavi 2” telekanalına müsahibəsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
 
“Biz hakimiyyətə seçki yolu ilə qayıdacağıq”, - deyə o vurğulayıb.
 
Bu gün Gürcüstanda baş verənləri faciə adlandıran sabiq prezident indiki hökumətin ölkəni səfalətə sürüklədiyini vurğulayıb. O bildirib ki, Gürcüstan hökumətinin uğursuzluqları Rusiya yönümlü olması ilə bağlıdır. “Gürcüstanın gələcəyi Ukraynadakı proseslərdən çox asılıdır”, - deyə o qeyd edib.

 





18.02.2015    çap et  çap et