525.Az

Ukraynalı alim Ali Radadan Xocalı soyqırımını tanımağı tələb etdi


 

Ukraynalı alim Ali Radadan Xocalı soyqırımını tanımağı tələb etdi<b style="color:red"></b>

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Zaporojye şəhərində  Xocalı soyqrımının 23-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib. 

525.az-ın məlumatına görə, Zaporojye Vilayət admnistrasiyasi rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, diaspora və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi anım mərasimində əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində  Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov çıxış edərək, erməni şovinistlərinin  son iki əsrdə  xarici havadarlarının gücünə arxalanaraq Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasəti haqqında ətraflı məlumat verib. 23 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində uşaqlara, qadınlara və dinc əhaliyə qarşı amansız qəddarlıqlar nümayiş etdirdiklərini diqqətə çatdıran fəxri konsul, bu cinayətdə  birbaşa əli olan indiki Ermənistan rəhbərliyinin  gec-tez  qüdrətli Azərbayacan dövləti qarşısında cavab verəcəyini vurğulayıb.

O qeyd edib ki, qlobal iqtisadi inkişaf tempinə görə bölgədə lider dövlət olan Azərbaycan istənilən vaxt ali baş komandan İlham Əliyevin əmri ilə torpaqlarını düşmən tapdağından  azad etməyə qadirdir .

Sonra tədbirə qatılanlar Azərbaycan Televiziyasınin  hazırladığı “Xocalı harayı”  filminə baxıblar.

Filmə baxdıqdan sonra Zaporojye şəhər radasının mədəniyyət və milli məsələlər departamentinin rəhbəri  Pavel Myalo, tarixçi alim  Anatoli Qançarenko və digər çıxış edənlər indiyədək  belə bir  bəşəri cinayətin cəzasız qalmasından hiddətləndiklərini bildiriblər. Onlar beynəlxalq təşkilatları və Ukrayna parlamentini Xocalı soyqrımına hüquqi siyasi qiymət verməyə səsləyiblər.

Tarixçi alim Anatoli Qançarenko çıxışında bildirib ki, bu gün dünyanın bir çox ölkəsində dəhşətli faciələr baş verir: “Mən əminəm ki, əgər dünya birliyi vaxtında Xocalı soyqrımina hüquqi siyasi qiymət versəydi, bu gün  çox yerdə şahidi olduğumuz faciələrlə üzləşməzdik. Mən  istərdim ki,  tezliklə dünya birliyi,  o cümlədən, Ukrayna parlamenti Xocalı soyqrımının tanınması haqda qərar qəbul etsin, bu amansiz cinayəti törədənlər cəzalandırılsın”.

Anım mərasiminin sonunda Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 





18.02.2015    çap et  çap et