525.Az

iPhone 5 təqdim edildi


 

iPhone 5 təqdim edildi

Yeni smartfon iPhone 4S -dən daha sürətlidir

Yeni smartfonu "Apple" şirkətinin beynəlxalq marketinq üzrə vitse-prezidenti Fil Şiller təqdim edib.

 iPhone 5-in 8 meqapiksellik kamerası 1080p HD keyfiyyətdə video və foto çəkməyə imkan verir və görüntünü stabilləşdirmə funksiyasına malikdir.

Yeni iPhone "Apple" şirkətinin 4G LTE standartını dəstəkləyən ilk smartfonudur.
iPhone 5-in displeyi iPhone 4S ilə müqayisədə 30 % nazikdir və günəş şüaları altında daha yaxşı görünür.
iPhone 5-in səs ötürmək və küyü yatırmaq üçün 3 mikrofonu var. Frontal kamerası isə 720 r keyfiyyətdə çəkir.
Yeni smartfon 3G rejimində fasiləsiz 8 saat işləyə bilir. Bundan başqa  iPhone 5 ilə 40 saat musiqi dinləmək olar.

iPhone 5 smartfonu ARM Cortex-A15 tipli A6 prosessoru ilə çalışır. Bu, iPhone 4 S ilə müqayisədə 2 dəfə sürətlidir. Smartfonda Wi-Fi 2,4 və 5 geqaherslə çalışacaq və  məlumatları saniyədə 150 meqabit sürətlə ötürəcək.

  Smartfonun ekranı 640x1136 piksel ölçüdə, ağırlığı isə 112 qramdır.
Korpusun qalınlığı 7,6 mm-dir ki, bu da iPhone 4S ilə müqayisədə 18 faiz nazikdir.
  Yeni smartfon yeni təqvim, foto servisi və s. kimi softla təchiz olunub.

 





13.09.2012    çap et  çap et