525.Az

“Manatın devalvasiyasının həm müsbət, həm də mənfi cəhəti var”


 

“Manatın devalvasiyasının həm müsbət, həm də mənfi cəhəti var”<b style="color:red"></b> “Manatın devalvasiyasının həm müsbət, həm də mənfi cəhəti var”.
 
“APA-Economics”in məlumatına əsasən, bunu jurnalistlərə Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.
 
“Müsbət cəhət ondan ibarətdir ki, Azərbaycanın ixracının təxminən 92%-ni neft və neft məhsulları təşkil edir. Biz qeyri-neft məhsullarını ixrac edə bilmirik ki, bunun maya dəyərində çox ciddi problem var. Buna görə də biz manatın məzənnəsini müəyyən qədər aşağı salmaqla məhsulların ixrac potensialını yüksəldə bilərik”, - deyə millət vəkili bildirib.
 
Manatın ucuzlaşmasının mənfi tərəfinə toxunan V. Əhmədov qeyd edib ki, ciddi devalvasiya insanların sosial şəraitinin pisləşməsinə və bazarda qiymətlərin bahalaşmasına təsir edə bilər. Millət vəkilinin sözlərinə görə, bu il Azərbaycanda manatın məzənnəsində ciddi ucuzlaşma qeydə alınmayacaq: “Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində özünü göstərə bilər. Biz çalışacağıq ki, bu azalma insanların sosial durumuna, onların pensiyalarına, əmanətlərinə təsir etməsin”.
 





19.02.2015    çap et  çap et