525.Az

"Azərbaycan MDB-də yeganə dövlətdir ki..."


 

"Azərbaycan MDB-də yeganə dövlətdir ki..."<b style="color:red"></b>

"MDB ölkələri arasında Azərbaycan yeganə dövlətdir ki, öz milli valyutasını qoruyub saxlayıb".

Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, hazırda MDB ölkələrinin hər birində valyutaların devalyasiyası gedir: "Hökumət başçısı uzun müddət əhalinin sosial vəziyyətini ümumiyyətlə ictimai siyasi vəziyyətini nəzərə alaraq göstəriş vermişdi ki, Mərkəzi Bankın ehtiyatlarından dövriyyəyə buraxılsın və manat stabil saxlanılsın. Digər respublikalar Rusiyadan başlamış Qazaxıstan respublikasından bu tərəfə hamısında 90%-dən aşağı 30%-ə kimi milli valyuta dəyərsizləşib, yəni devalyasiyaya uğrayıb. Amma Azərbaycan dövlət başçısı əhalinin sosial vəziyyətini  ümumiyyətlə ictimai siyasi vəziyyətini  nəzərə alaraq göstəriş vermişdi ki, Mərkəzi Bank öz ehtiyatlarından dövriyəyə buraxsın və manat stabil olaraq qorunub saxlanılsın. Bunu uzun müddət etmək mümkün deyil".

V. Əhmədov həmçinin qeyd edib ki, manatın stabil saxlanması üçün 2 aya yaxın müddətdə 2 milyard dollardan artıq vəsait xərclənib. Hazırda insanların valyutadəyişmə məntəqələrinə üz tutmasının səbəbi isə Mərkəzi Bankın idarə heyətinin sədrinin xarici mətbuata verdiyi açıqlamalardır: "Mərkəzi Bankın 15 milyard dollarlıq ehtiyatının 2 milyard dolları artıq iki ayda xərclənib. Belə getsə ilin 7-8 ayına o vəsaitdən heç nə qalmayacaq. Amma manatın devalyasiyası lazım idi. Bunun bir neçə səbəbi var idi. Birincisi manatın devalyasiyasını elə etmək lazım idi ki, aylıq fonda təsir etməsin. Bir, iki il ərzində normal səviyyəyə çatdırmaq lazım idi, amma Mərkəzi Bankın idarə heyətinin sədri xarici  telekanallara  müsahibə verir və bu da böyük ajiotaja səbəb olur. Bu halda insanlar öz pullarını dollara və avroya çevirirlər, bankda problemlər yaranır. İkincisi isə devalyasiyanın təsirinin iki ucu var. Bir tərəfi müsbətdirsə, digər tərəfi mənfidir. Yəni cəmiyyətdə müəyyən problemlər yaranacaq. Çünki əmək haqqı da, pensiya da müəyyən qədər dəyərdən düşə bilər. Bunu elə etmək lazım idi ki, insanlar heç nə hiss etməsin".

İqtisadçı ekspert Nicat Hacızadə isə deyib ki, hazırda Qərbdə son vəziyyət çox gərgindir. Amerika ilə Rusiya arasındakı soyuq müharibə siyasi gərginliklə bərabər iqtisadi gərginlik yaratmaqdadır. Onun sözlərinə görə, Rusiya bu gün Avropa İttifaqı və digər böyük dövlətlər tərəfindən iqtisadi sanksiyalarla qarşılaşıb. Bu da ölkənin milyardlarla ziyana düşməsinə səbəb olub: "Bildiyiniz kimi, Rusiya ilə Amerika arasındakı gərginliyin səbəbi Ukraynadır. Hazırda Ukraynaya görə Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilir. Həm Avropa İttifaqı tərəfindən, həm də Amerika ilə sıx tərəfdaşlıq edən ölkələr tərəfindən sanksiyalar Rusiya və Rusiya ilə ticarət dövriyyəsi milyardlarla ölçülən dövlətlərə təsir edəcək".

Ekspert iqtisadi durğunluğun materik səviyyədə olmadığını, Avropa ölkələri ilə Rusiya arasında münaqişənin özlərinə və qonşu dövlətlərinə təsir etdiyini ifadə edib: "Lakin materikdə hansısa konkret ölkənin sırf bu münaqişədən ciddi surətdə əziyyət çəkəcəyi ehtimalı aşağıdır. Yalnız biz deyə bilərik ki, iqtisadi qanunauyğunluqlara əsasən siyasi məsələlər fond birjalarına, əmək birjalarına, səhmlərə müəyyən qədər təsir edir. Təsir yalnız Rusiyaya olacaq ki, məhsullarını lazımi şəkildə Avropa bazarlarına çıxara bilmir. Rusiyanın nəhəng şirkətlərinin səhmləri satılmadı və günü-gündən ucuzlaşaraq, səhmdarları pis vəziyyətə saldı. O cümlədən, Rusiyanın enerji təhlükəsizliyi baxımından etibarı azaldı. Amma sırf materik səviyyəsində təbii ki ciddi təsirlər yalnız dediyimiz kimi Rusiyaya dəydi. Həmsərhəd ölkələrə də qismən təsir etdi, amma qlobal şəkildə bu baş vermədi".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov televiziya çıxışı zamanı Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amilin olmadığını deyib. E. Rüstəmov bildirib ki, Azərbaycanda bivalyutalı səbət 2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu, Mərkəzi Banka daha çevik məzənnə siyasəti həyata keçirək imkanı verib. Onun sözlərinə görə, bivalyutalı səbətə keçid bütövlükdə məzənnə siyasətinə çeviklik və müstəqillik gətirəcək.

PƏRVANƏ

 





19.02.2015    çap et  çap et