525.Az

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib


 

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib<b style="color:red"></b>

“Minsk razılaşmalarına əməl etməsələr, Rusiyanı və onun dəstəklədiyi separatçıları yeni sanksiyalar gözləyir”.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib. O bildirib ki, ABŞ Debaltsevo və Mariupol ətrafında separatçıların hücumlarını pisləyir. C. Psaki Rusiyanı separatçılara göndərdiyi silah və canlı qüvvə dəstəyini dayandırmağa çağırıb.  
 
Dövlət Departamentinin nümayəndəsi hələlik Ukraynaya silah verilməsi barədə qərar qəbul olunmadığını da əlavə edib.

 





20.02.2015    çap et  çap et