525.Az

ABŞ Moldovanı Aİ ilə assosiasiya sazişini icra etməyə çağırıb


 

ABŞ Moldovanı Aİ ilə assosiasiya sazişini icra etməyə çağırıb<b style="color:red"></b>

ABŞ Moldovada Kiril Qaburiçin rəhbərliyi altında yeni hökumətin yaradılmasını alqışlayır və Kişinyovu Avropa İttifaqı ilə bağlanmış assosiasiya haqqında sazişin müddəalarını tətbiq etməyə çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.
 
“Biz baş nazir Qaburiç ilə işləməyə hazırıq və Aİ ilə assosiasiya  sazişinin icrası da daxil olmaqla Moldova xalqı üçün mühüm islahatların tezliklə həyata keçirilməsinə çox şad olardıq”,  deyə Psaki vurğulayıb.
 
Onun sözlərinə görə, ABŞ ölkənin Avropa inteqrasiyası yolunda Moldova hökumətini dəstəkləməyə hazırdır.

 





20.02.2015    çap et  çap et