525.Az

Türkiyə ABŞ-la saziş imzaladı


 

Türkiyə ABŞ-la saziş imzaladı <b style="color:red"></b>

Türkiyə və ABŞ arasında Suriya müxalifət qüvvələrinin hazırlığına dair saziş imzalanıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,  məlumat ABŞ-ın Türkiyədəki səfirliyində təsdiqlənib. Məlumatda, həmçinin, ABŞ və Türkiyənin Suriyaya xüsusi avadanlıq göndərəcəyi bildirilir. 
 
“Mən qeyd olunan sazişin  axşam saatlarında Ankarada imzalandığını təsdiqləyirəm”, deyə səfirlikdən bildirilib.
 
Sənəd Türkiyə XİN rəhbəri Feridun Sınıroğlu və ABŞ-ın Türkiyədəki səfiri Con Bass tərəfindən imzalanıb. 
 
Qeyd edək ki, ABŞ bundan əvvəl İŞİD-ə qarşı mübarizədə 1200 suriyalıların hazırlanması məqsədi ilə 400 hərbçi göndərmək niyyətində olduğunu bildirib. 

 





20.02.2015    çap et  çap et