525.Az

Bakıdan İstanbula təyyarə uçuşu bərpa olundu


 

Bakıdan İstanbula təyyarə uçuşu bərpa olundu <b style="color:red"></b>

Azərbaycan Hava Yolları ilə İstanbul Atatürk Hava limanı arasında aviareyslər bərpa olunub.

Bu barədə Modern.az saytına “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  (AZAL) mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli məlumat verib.

O bildirib ki, ləngimələrin səbəbi Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı olub: “Fevralın 18-dən Ankaraya yola saldığımız iki aviareysimiz fevralın 19-da qayıdıb. Bu günə olan reysimiz də artıq yola düşüb. Plana əsasən normal uçuşlar var. Həm qar, həm də enmək üçün görüntünün olmaması səbəbindən İstanbul Atatürk Hava limanı təyyarələri qəbul edə bilmirdi”.

Məhərrəm Səfərli uçuşların təxirə düşməsi ilə əlaqədar şirkətə nə qədər ziyan dəyməsi ilə bağlı məlumatlı olmadığını da deyib.

 





20.02.2015    çap et  çap et