525.Az

Səfirimiz Pakistan mətbuatında məqalə ilə çıxış edib


 

Səfirimiz Pakistan mətbuatında məqalə ilə çıxış edib<b style="color:red"></b>

Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer”, “Navai Vakt”, “Al-Azkaar” qəzetləri, “Centreline” və “Pakistan in the World” jurnalları həmçinin “DNA News” informasiya agentliyində Azərbaycanın səfiri Daşqın Şikarovun “Dağlıq Qarabağ münaqişəsi: mənbəyi, hazırki durumu, hüquqi aspektləri” adlı məqaləsi çap olunmuşdur.

Trend-in səfirliyə istinadən verdiyi məlumata görə, məqalədə, Dağlıq Qarabağın Gülüstan və Türkmənçay sazişlərinin imzanlamnması və birinci dünya müharibəsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycana köç etdikləri və Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığında Ermənıstanın yaradıldığı vurğulanmışdır. Yazıda, bildirilmişdir ki, 1905-ci və 1907-ci illərdə, həmçinin 1918 –ci ilin mart ayında Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ermənilər tərəfindən Azərbaycanlılara qarşı soyqırımı siyasəti tətbiq edilmiş, nəticədə on minlərlə günahsız mülki insan qətlə yetirilmişdir. Səfir D. Şikarov, Stalinin 1945-ci il qərarı, SSRİ-nin Nazirlər Sovetinin 1947 və 1948 –ci illərdə qəbul etmiş qərarları və digər bu kimi tarixi faktları gətirərək bildirmişdir ki, 70 il Sovet dövrü ərzində Ermənistan Azərbaycanın torpaqları hesabına genişlənmiş, burada yaşayan azərbaycanlılar Azərbaycanın Kür-Araz düzənliyi və Muğana köçürülmüş və nəhayət 1988 –ci ildə Azərbaycana ərazi iddialarını irəli sürən Ermənıstan burada yaşayan 200 mindən çox Azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salmışdır. Eyni zamanda, 1961-1963-cü illərdə 226 min erməni xarici ölkələrdən Ermənıstan SSR-ə köçürülmüşdür.

Məqalədə, 1988-ci illərin sonunda Ermənıstan havadarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin özünə birləşdirmək xülyasına düşdüyü, bu istiqamətdə bir sıra qanunsuz hüquqi aktların qəbul edildiyi vurğulanmışdır. Sumqayıt hadisələrindən yazan D. Şikarov çaxnaşmaların əvvəlcədən planlaşdırrılmış təxribat xarakterli bir aksiya olduğunu bildirmişdir. Qeyd edilmişir ki, cinayətin əsas icraçılarından biri erməni mənşəli Edvard Qriqoryanın olmuşdur.

Pakistan mətbuatında nəşr olunmuş məqalədə səfir D. Şikarov münaqişənin hərbi fazasında diqqətini cəlb edərək, 1991-ci ilin sonunda başlayan hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Ermənistan tərəfindən Azərbaycanın 20 faizə yaxın ərazilərinin işğal olunduğunu vurğulamışdır. Hərbi münaqişə nəticəsində 1 milyon azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalmışdır. Səfir bildirmişdir ki, Ermənıstan Respublikası Azərbaycan Respublikası ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparması, hərbi cinayətlərin törədilməsi, qondarma DQR separatçı rejiminin yaradılmasına tam məsuliyyət daşıyır.

Məqalədə, Xocalı soyqırımına xüsusi yer ayrılmış, bu cinayətin təfsilatları açıqlanmışdır. Bildirilmişdir ki, Sovet ordusunun motoatıcı alayının dəstəyi ilə erməni hərbi hissələri üzün müddətdir ki mühasirədə olan Xocalıya hücum nəticəsində aralarında uşaq, ahıl, qadınlar olmaqla 613 nəfər mülki insan xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər yaralanmış, 150 nəfər itkin düşmüş, mindən çox insan girov götürülmüşdür. Səfir, Xocalı soyqırımının ermənilər tərəfindən düşünülmüş bir soyqırım aksiyası olduğunu qeyd edərək, buna sübut kimi qətliyamın icraçılarında biri olan Ermənıstanın hazırki Prezidenti S. Sarksyandan sitat gətirmişdir.

Daha sonra D. Şikarov BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş “Qətliyamın qarşısının alınması və Soyqırım Cinayətinə görə Cəza” konvensiyasına əsasən Xocalıda soyqırım aksiyasının baş verdiyini bildirmiş və bu soyqrımın Pakistan İslam Respubliaksı da daxil olmaqla bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi rəsmi tanindığını vurğulamışdır.

Səfir, buna əlavə olaraq bildirmişdir ki, özlərini dünya mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu və 20-ci əsrin əvvəllərində qondarma soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər, elə həmin əsrin sonlarında özləri günahsız insanlara qarşı ağlasığmaz barbarlıq aktına əl atmışdırlar. Eyni zamanda vurğulamışdır ki, ermənilərə məxsus ASALA və digər terror təşkilaopa və Yaxın şərq ölkələrində türk səfirliklərinə, baş konsulluqlarına və türkiyə şirkətlərinə qarşı bir sıra terror aktlarının həyata keçirilməsi və dünya birliyi tərəfindən ermənilərn tları tərəfindən müxtəlif ölkələrdə 46 Türk diplomatının qətlə yetirilməsi, ABŞ, Avropada həyata keçirdiyi barbarlılq və soyqrım siyasətinə lazımı qiymətin verilməməsi, Ermənistanı daha da ruhlandırmış və 26 fevral 1992-ci il tarixində ermənilər Xocalıda əsrin ən qəddar və acımasız soyqrım aktıni həyata keçirmişlər. Bu gün ermənilərin 1915-ci ildə qondarma soyqrıma məruz qalmalarının 100 illiyini qeyd etməsi, əslində ermənilərin özlərinin 1905, 1907, 1918, 1973-94 və 1992-ci illərdə həyata keçirtdiyi cinayətlərdən dünya dövlətlərinin diqqətini yayındırmaqdır.

Məqalədə, Ermənıstan işğalının acı fəsadlarından danışılmış, Azərbaycan iqtisadiyyatına dəymiş zərərin həcmi açıqlanmışdır. Bildirilmişdir ki, 1994-ci ildə imzalanmış atəşkəs Ermənıstan Respublikası tərəfindın məqsədyönlü şəkildə mütəmadi olaraq pozulur, bu kimi hallar 1994-ci il ərzində və 2015-ci ilin başlancığında daha da intensivləşmişdir.

Məqalədə münaqişənin hüquqi aspektlərinə həsr edilmiş paraqrafında BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və siyasi suverenliyini təsdiqləyən, həmçinin işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyri şərtsiz çıxarılmasını tələb edən 4 qətnamələrinin qəbul edildiyi bildirilmişdir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA, və digər mötəbər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr qəbul edilmişdir. Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənıstan tərəfindən yaradılmış separatçı qurumun qeyri qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə təsdiq edilmişdir. Ermənıstanın tam nəzarətində olan qondarma “Dağlıq Qarabağ Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır.

Yazıda vurğulanmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək məqsədi ilə ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu yaradılmış, lakin indiyə qədər bu qrupun fəaliyyəti, həmçinin bu istiqamətdə atılan digər cəhdlər Ermənistanın heç bir qanunlara məhəl qoymaması səbəbindən nəticəsiz qalmışdır.

Pakistanın Ermənıstan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe haqqında yazan səfir Daşqın Şikarov Azərbaycanın dövlət müstəqilliyini tanıyan Pakistan İslam Respublikasının Ermənıstanı bir dövlət kimi tanımadığını bildirmiş, və Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləmişdir. Qeyd etmişdir ki, Pakistan Senatı tərəfindən 01.02.2012 və 05.10.2013-ci ildə qəbul edilmiş qətnamələrində Pakistanın qanunverici orqanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmiş və BMT TŞ-nin qətnamələrinin icra edilməsini, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb etmişdir. Qəbul edilmiş birinci qətnamədə Pakistan Senatı Xocalı soyqırımını rəsmi tanımış və bu cinayətin arxasında duranları məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Qardaş Pakistana tutduğu mövqeyə görə dərin minnətdarlığını bildirən Səfir, bu addımın Pakistan dövlətinin ədalət prinsiplərinə sadiqliyi, beynəlxalq hüquqa hörməti və səmimi dostluğun təzahürü kimi qiymətləndirmişdir.

Məqalənin sonunda Daşqın Şikarov Dağlıq Qarabağ münaqişəsinin regionda böyük təhlükə yaratdığını, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin regionda sülh və tərəqqiyə yol açacağını qeyd etmişdir.

 





24.02.2015    çap et  çap et