525.Az

Preston Universitetində Xocalı faciəsinə həsr olunmuş seminar - Fotolar


 

Preston Universitetində Xocalı faciəsinə həsr olunmuş seminar - <b style="color:red">Fotolar</b>

Dünən Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ciildönümünə həsr edilmiş “Xocalı soyqırımı-insaniyyətə qarşı cinayət” adlı seminarı baş tutub.

Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərinin rektorları və professorları, Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Yəmən, Türkmənıstan və digər ölkələrin Səfirləri, diplomatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Konfliktinin mahiyyəti haqqında məlumatlandırmışdır.
 
O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində  Dağlıq-Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulamış, işğal  nəticəsində 1 milyon insanın qaçqın və köçkün həyatını yaşadığı , 20 min insanın öldürüldüyünü bildirmişdir.
 
Professor, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımını bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırmışdır.

Beynəlxalq İslam Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin  dekanı Manzur Afridi, Preston Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Soheyl Mahmud və Müasir Dillər Universitetinin professoru Attik Ur Rehman  öz çıxışlarında, Xocalıda dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklər barəsində danışmışdırlar.
 
Natiqlər, Xocalı hadisələrinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, Fransa, Rusiya, İngiltərə və Türkiyə mediasından sitatlar gətirmişdirlər. Onlar, mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi vacibliyini ön plana çəkmişdirlər.

Çıxışlarda, Pakistanda Xocalı soyqırımı memorialı qurulması fikiri də səslənmişdir.  Tədbirin sonunda Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov çıxış etmişdi. Səfir öz nitqində,  Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumatlar vermişdi.

Səfir, Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, 01.02.2012-ci il tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən həmçinin 05.10.2014 –cü il tarixində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələrin qəbul edilməsinə görə Pakistan senatı və xalqına bir daha dərin minnətdarlığını bildirmişdir.
 
Özlərini dünya mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu və 20-ci əsrin əvvəllərində qondarma soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər barəsində danışan natiq, elə həmin əsrin sonlarında özləri günahsız insanlara qarşı ağlasığmaz barbarlıq aktına əl atdığını vurğulamışdır. Seminarın rəsmi hissəsindən sonra, səfir Daşqın Şikarov TRT, Such, GEO və Dawnteleviziya kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışmış, cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulamışdı.

Bildirmişdi ki, bu kimi hadisələrin gələcəkdə də  təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir. Tədbirin keçirildiyi zalda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayi etdirilib.

Tədbirdən sonra səfirlik tərəfindən İslamabad şəhərində yerləşən Bari İmam ziyarətgahında Xocalı şəhidlərinin ruhuna ehsanlar paylanılmışdır.

 





25.02.2015    çap et  çap et