525.Az

Avropa Parlamentinin daha bir fraksiyası Ramil Səfərovla bağlı qətnaməyə etiraz etdi


 

Avropa Parlamentinin daha bir fraksiyası Ramil Səfərovla bağlı qətnaməyə etiraz etdi

Bu gün Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun 525.az –a verdiyi məlumata görə iclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları baş verir. Belə ki, Liberallar qrupunun ardınca daha bir fraksiya-Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.

Daha bir siyasi qrupun qətnaməni imzalamaqdan imtina etməsinə münasibət bildirən millət vəkili yaranmış vəziyyətdə müzakirəyə çıxarılacaq sənədin butun siyasi qruplar tərəfindən səsvermə üçün vahid qətnamə təklifi olmayacağını və beləliklə də qəbul olunacaq sənədin AP-nin prosedur qaydalarına əsasən bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola biləcəyini vurğulayıb.

BƏXTİYAR

 





13.09.2012    çap et  çap et