525.Az

Bişkekdə Xocalını anım mərasimi keçirildi - Fotoreportaj


 

Bişkekdə Xocalını anım mərasimi keçirildi - <b style="color:red">Fotoreportaj</b>

Fevralın 24-də Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi "Xocalıya Ədalət" kampaniyası çərçivəsində soyqırımın 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Səfirlikdən "525"ə verilən xəbərə görə, mərasimin əvvəlində Xocalı soyqırımı haqqında sənədli film nümayiş edilib və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Qırğız Respublikası Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova deyib ki, Xocalı müsibəti hamımız üçün dözülməz ağrı və psixoloji sarsıntıdır.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Daha sonra səfir son illər Ermənistanın və erməni diasporasının 1915-ci il hadisələrinin dünya ictimaiyyətində və bir neçə ölkənin parlamentində qaldırmaqla dünya ictimaiyyətinin Qarabağ problemi, Azərbaycanın işğal olunmuş torpaqları və Azərbaycanın məcburi köçkünləri haqqında fikrini başqa səmtə çəkməkdən ibarət olduğunu qeyd etmişdir.

Hidayət Orucov qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə "Xocalıya Ədalət"  adlı beynəlxalq informasiya kampaniyası keçirilməkdədir: "Xocalıya Ədalət" kampaniyası çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası onun 150 minə yaxını yalnız bir internet səhifəsində qeydə alınıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın bir 100 yaxın ölkələrində Xocalı Soyqırımı ilə bağlı tədbirlər keçirir".

Mərasimdə  Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıça, Qırğız Respublikasının Jokorku Keneşinin (Parlamentinin) deputatı, Azərbaycan-Qırğızıstan dostluq qrupunun rəhbəri Kurmanbek Dıykanbayev, Qırğızıstanda yaşayan azərbaycanlıların "Azəri" İctimai Birliyinin prezidenti Əziz Əliyev və digərləri çıxış edərək soyqırımla bağlı fikirlərini bildiriblər.

Mərasimdə Qırğız Respublikası hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, hüquq-müdafiə təşkilatlarının, beynəlxalq qurumlarının nümayəndələri, Azərbaycan diasporunun fəalları, ziyalıları, ictimaiyyət nümayəndələri və Qırğızıstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 





26.02.2015    çap et  çap et